Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-64/2021 24.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh4 (İbrahimova), S.Məmmədova (Nəbiyeva) və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon AİKnın 25 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə və qeydiyyat kitabında 23 oktyabr 2000-ci il tarixdə 15394 sayı ilə qeydiyyata alınmış CN:0050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində ümumi birgə mülkiyyətlərinə verilmiş 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin aralarında alqı-satqısına dair əqdin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 29 yanvar 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iş üzrə cavabdehlərin ərizəsi əsasında 12 aprel 2021-ci il tarixli qərardadla qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək göstərdi ki, Ağdaş rayon AİK-nın 25 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə və qeydiyyat kitabında 23 oktyabr 2000-ci il tarixdə 15394 sayı ilə qeydiyyata alınmış CN:0050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində 2.77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçiləri ilə 2003-cü ilin yanvar ayında aralarında olan qarşılıqlı razılaşma əsasında cavabdehlərə məxsus 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni 250 ABŞ dolları əvəz (haqq) ödəməklə onlardan almışdır, Cavabdeh1 özünün şəxsiyyət vəsiqəsinin surətini, digər cavabdehlər isə həmin torpaq sahəsindəki paylarının ona satılmasına razı olmaları barədə yazılı ərizə və izahatlarını, dövlət aktının əslini və həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona tanıdaraq təhvil vermişlər. Cavabdehlər yaxın vaxtlarda alqı-satqını rəsmiləşdirmək üçün sənədlərini qaydaya saldıqdan sonra notariat ofisinə gələcəklərini bildirmişlər. Həmin vaxtdan o, faktiki olaraq cavabdehlərdən aldığı həmin torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüquqlarımı həyata keçirir. Cavabdehlərə dəfələrlə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməyi təklif etsə də onlar dolayısı ilə notariat kantoruna gəlməkdən boyun qaçırdıqları üçün aralarında olan alqı-satqını notariat kontorunda rəsmiləşdirmək mümkün olmamışdır. X2 2019-cu ilin may ayında Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində vəfat etmişdir.Vicdanlı alıcı kimi torpaq sahəsini razılaşmaya uyğun olaraq haqqını ödəməklə notariat qaydasında tələb olunan əqdi tamamilə icra etsə də, cavabdehlər bu gün də ona məlum olmayan səbəblərdən aralarında olan alqı-satqını notariat qaydada təsdiqlənməsindən boyun qaçırırlar. Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar cavabdehlərlə aralarında yaranmış mübahisəli hüquq münasibətləri 2005-ci ildən əvvəl yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun və ailəsinin mülkiyyətində olan pay torpaq sahəsi ilə bağlı mərhum həyat yoldaşı, digər ailə üzvləri ilə İddiaçı arasında olanlar barəsində onun məlumatı olmamışdır, həmin vaxt o Rusiya Federasiyasında olmuşdur, qayıtdıqdan sonra bilmişdir ki, İddiaçı atası Əhmədiyyə Abdullayev torpağı müvəqqəti istifadəyə götürmüşdür. İş üzrə cavabdeh Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mülkiyyətlərində olan pay torpaq sahəsinin iş üzrə İddiaçı satılmsı barədə mərhum anası Kifayət Məmmədovanın adından yazılmış izahatda olan imza ona məxsus deyildir, öz adından izahat yazmamış və imza etməmişdir, mülkiyətlərində olan torpaq sahəsi İddiaçı satılmamış, müvəqqəti istifadəyə verilmişdir, torpağın geri qaytarılmasını tələb edir. İş üzrə cavabdeh Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mülkiyyətlərində olan pay torpaq sahəsinin iş üzrə İddiaçı satılmsı barədə mərhum anası Kifayət Məmmədovanın adından yazılmış izahatda olan imza ona məxsus deyildir, öz adından izahat yazmamış və imza etməmişdir, mülkiyətlərində olan pay torpaq sahəsi İddiaçı satılmamış, müvəqqəti istifadəyə verilmişdir, torpağın geri qaytarılmasını tələb edir. İş üzrə Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mülkiyyətlərində olan pay torpaq sahəsi iş üzrə İddiaçı satılmamışdır, 18 il müddətinə icarəyə verilmişdir, torpağın geri qaytarılmasını tələb edir. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş üzrə şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Aşağı Zeynəddin kəndinin bələdiyyə sədridir. 2003-cü ildə İddiaçı Cavabdeh1, X2, Cavabdeh4 qızı, X6 və Cavabdeh3 məxsus Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən 2,77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini Cavabdeh1, X2, Cavabdeh4 qızı, X6 və Cavabdeh3 250 ABŞ dolları ödəməklə satın almışdır. 2003-cü ildən etibarən həmin torpaq sahəsi iddiaçıya təhvil verilmiş, odur ki, iddiaçı həmin torpaqdan indiyə qədər istifadə edir. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində şahid X5 ifadəsinə uyğun ifadə verərək 2003-cü ildən etibarən tərəflər arasında alqı-satqı bağlandığını, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdehlər tərəfindən təhvil verildiyini, odur ki, iddiaçı həmin torpaqdan indiyə qədər istifadə etdiyini təsdiq etdi. İş materialları ilə müəyyən olunur ki, Ağdaş rayon AİK-nın 25 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə və qeydiyyat kitabında 23 oktyabr 2000-ci il tarixdə 15394 sayı ilə qeydiyyata alınmış CN:0050 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4, X6 və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində 2.77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçiləri olan cavabdehlər və mərhum X2 ilə iddiaçı arasında olan qarşılıqlı razılaşma əsasında alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni iddiaçı tərəfindən 250 ABŞ dolları əvəz ödəməklə cavabdehlərə məxsus 2,77 hektar torpaq sahəsini satın almış, cavabdehlər isə pulu ondan alaraq torpaq sahəsini ona təhvil vermişlər. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 26 iyul 2021-ci il tarixli 4/816 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqəsində olan X1 adından olan izahatın mətni və həmin izahatda «Cavabdeh4» əlyazmaları qarşısındakı imza, 11-ci vərəqəsində olan Cavabdeh4 adından olan izahatın mətni və həmin izahatda «Məmmədova» soyadı qarşısındakı imza İbrahimova (Məmmədova) Aidə Zaməddin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqəsində olan X1 adından olan izahatda «Məmmədova S.» əlyazmaları qarşısındakı imza, 9-cu vərəqəsində olan X4 adından olan izahatın mətni və həmin izahatda «Məmmədova» soyadı qarşısındakı imza Nəbiyeva (Məmmədova) Səidə Zaməddin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 10-cu vərəqəsində olan Cavabdeh3 adından olan izahatın mətni İbrahimova (Məmmədova) Aidə Zaməddin qızı tərəfindən yox, Nəbiyeva (Məmmədova) Səidə Zaməddin qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh1 məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi üçün lazım olan imza və sərbəst yazı nümunələrini təqdim etməkdən imtina etmiş, iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə mərhum X1 adından olan izahatda adlarının qarşısında olan imzaların və öz adlarından olan izahat və həmin izahatlardakı imzaların Məmmədova (İbrahmiova) Aidə Zaməddin qızı və Nəbiyeva (Məmmədova) Səidə Zaməddin qızı tərəfindən icra olunması müəyyən edilmiş, yəni torpağın mülkiyətçiləri olan ailənin üzvlərinin hamısı iradələrini sərbəst surətidə ifadə edərək mülkiyyətlərində olan pay torpaq sahəsini iş üzrə iddiaçıya 250 ABŞ dollarına satmış, pulu öz aralarında bölmüş, satılmış torpağı isə iddiaycıya təhvil vermiş, keçən 18 il ərzində torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuş, bu gün də onun istifadəsində və sahibliyindədir, iş üzrə cavabdehlərin məhkəmə iclasında ziddiyyətli izahat vermələri, yəni Aidə və Səidə Məmmədovaların torpağı iş üzrə iddiaçıya müvəqqəti istifadəyə verdiklərini, Cavabdeh3 isə torpağı icarəyə verdiklərini bildirmələri, bu barədə hər hansı bir sübut təqdim etməmələri onların etirazlarının əsassız olduğunu göstərir, buna görə də iddia təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə CN-0050 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 mülkiyyətində olan Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində yerləşən 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin iddiaçıya satılmasına dair əqd etibarlı hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə CN-0050 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, X2, Məmmədova (İbrahimova) Aidə Zaməddin qızı, Məmmədova (Nəbiyeva) Səidə Zaməddin qızı və Cavabdeh3 mülkiyyətində olan Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində yerləşən 2.77 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı satılmasına dair əqd etibarlı hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-64/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-64/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver