Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-653/2020 23.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı Aliment tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 120 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehlə ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2007-ci ildə X3 və xx xxxx 2009-cu ildə X4 adlı uşaqları anadan olmuşdur, bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətləri pisləşdiyindən, yəni xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən rəsmi olaraq ayrılmışlar. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş,birgə nikahlarından anadan olmuş Təranə onun, Aynur isə anasının himayəsində saxlanılmış,Aynurun saxlanılması üçün isə ondan cavabdehin xeyrinə hər ay 100 manat olmaqla aliment kəsilməsi qət edilmişdir. Tərəflər ayrıldığı vaxtdan etibarən cavabdeh uşaqla maraqlanmamış, onun saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. Lakin qeyd edir ki, son 1 aydır ki,hər iki uşaq müvəqqəti olaraq anasının yanındadır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, cavabdehin qardaşıdır. Cavabdeh səhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyib. Cavabdeh həftədə iki-üç gün işləyir və ayda 190 manat əmək haqqı alır. Tərəflər arasındakı nikah pozularaq, Təranə iddiaçıda, Aynur isə cavabdehin himayəsində qalsa da, hazırda hər iki uşaq cavabdehin yanındadır. Demək olar ki, son bir aydır ki, uşaqların hər ikisi cavabdehin yanındadır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındaki nikahın pozulması,birgə nikahdan xx xxxx 2007-ci ildə anadan olmuş X1 atası İddiaçı və xx xxxx 2009-cu ildə anadan olmuş X2 anası Cavabdeh himayəsində saxlanılması,Aynur adlı uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə 100 manat aliment tutulmas qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamdıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hisə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2019-cuildən uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki,aliment təyin edilərkən uşağın mənafeyinin üstünlüyü prinsipi və işin konkret halları nəzərə alınmalı, belə ki, iddiaçı cavabdehin himayəsində olan uşağın saxlanılması üçün 100 manat aliment ödəyir, tərəflərin əmlak və ailə vəziyyətinə əsasən cavabdehdən iddiaçının xeyrinə aliment tutulması uşaqların mənafeyinin üstünlüyü prinsipinin pozulması deməkdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-653/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-653/2020
23.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver