Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-731/2022 25.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə münasibətlərinə 2006-cı ildə daxil olaraq 2007-ci il tarixində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 2 (iki) övladıları vardır. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri mümkün olmuşdur. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinə nikahın pozulması, övladlarının onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin təyin edilməsi tələbi ilə tərəfidən müraciət olunmuşdur. Nəticədə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 122/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh ilə birgə nikah dövründə 2017-2018-ci illərdə valideyinlərinin köməkliyi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3, N.Əliyev küçəsi ünvanında olan yarımtikilini - fərdi yaşayış evini vətəndaş X1 15 000 (on beş min) manata almışlar. Bir müddət sonra yarımtikili olan fərdi yaşayış evini yekunlaşdırmaq üçün 20000 (iyirmi min) manata yaxın pul xərcləyərək tam hazır etmişlər. Beləliklə birgə nikah dövrü zamanı cəmi 35 000 (otuz beş min) manat sərf edərək Bakı şəhəri. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X5, N.Əliyev küçəsi ünvanında olan fərdi yaşayış evində yaşamağa başlamışlar. 2021-ci ildən cavabdehlə ailə münasibətləri pozulduqdan sonra, cavabdeh tərəfindən gündəlik olaraq müşahidə olunan çox saylı təzyiqlər nəticəsində o, övladları ilə birlikdə birgə nikah dövrü zamanı əldə etdikləri fərdi yaşayış evindən çıxmağa məcbur olmuşdur. Cavabdeh hal hazırda birgə nikah dövrü zamanı əldə olunmuş fərdi yaşayış evində yeni ailəsi ilə yaşayır. Bu səbəbdən qanunvericiliklə müəyyən edilmiş qaydada o cavabdehdən birgə nikah dövrü zamanı (Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi, X6) əldə edilmiş əmlakın bölgüsü ilə bağlı rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o, qanunvericiliyin tələblərinə görə ilk öncə "Mediasiya Təşkilatına" birgə nikah dövrü əldə edilmiş əmlakın bölünməsi ilə bağlı müraciət etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli arayış verilmiş və məhkəmə qaydaşında həlli ona izah edilmişdir. Göstərilənlərə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak üzərində paylar müəyyən edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3, N.Əliyev küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş 35 000 manat pul vəsaitinin 1/2 hissəsi üzərində onun, 1/2 hissəsi üzərində cavabdehin mülkiyyət hüququnun tanınması, 35 000/2=17 500, 17 500 (on yeddi min beş yüz) manat tikintiyə çəkilmiş xərcin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianan təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 357 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi N.Əliyev keçəsi, sahə evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi ibarətdir: 1) əri-Cavabdeh 1982-ci il təvəllüdlü, 2) oğlu-X8-2007-ci il təvəllüdlü, 3) oğlu-X4-2009-cu il təvəllüdlü. İşin materiallarında olan Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş AR-İ № 506953 saylı, 24 yanvar 2017-ci il tarixli etibarnamədən görünür ki, X2 faktiki istifadəsində olan əmlakının üzərində sərəncam vermək, istifadə etmək və s. Cavabdeh etibar etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3, N.Əliyev küçəsi ünvanında yerləşən birgə nikah dövründə əldə etdikləri 35000 (otuz beş min) manat dəyərində olan evin satılıb yarı hissəsini cavabdehə verməyə razıdır. Belə olan halda tərəflərin birgə nikah dövründə əmlak əldə etmələri işin mübahisəsiz halıdır. Həmin əmlakın dəyərini də tərəflər 35000 manat olaraq qəbul edirlər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər birgə nikah dövründə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3, N.Əliyev küçəsi ünvanında 35000 (otuz beş min) manat dəyəri olan fərdi yaşayış evi əldə etmişlər. Hazırda İddiaçı birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3, N.Əliyev küçəsi ünvanında yerləşən evin 1/2 hissəsi üzərində onun, 1/2 hissəsi üzərində cavabdehin mülkiyyət hüququnun tanınması, 35000/2=17500 (on yeddi min beş yüz) manat tikintiyə çəkilmiş xərcin cavabdehdən tutularaq ona verilməsini tələb edir. Əmlak isə hazırda faktiki olaraq cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvad ümumi əmlakın onlardan hər hansı birinin qazancı hesabına əldə olunmasından asılı olmayaraq həmin əmlak barəsində sahiblik, ondan istifadə və ona dair sərəncam vermə üzrə bərabər hüquqları vardır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 37.1-ci maddəsinin dispozisiyasına əsasən ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Əmlakın konkret olaraq ərin və ya arvadın gəlirləri hesabına alınmasından asılı olmayaraq, ər-arvadın həmin əmlaka dair sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə bərabər hüquqları vardır. Qanunun yuxarıda qeyd olunan müddəasına görə ər-arvadın birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar onların ümumi birgə mülkiyyətləri hesab olunur, buna görə də ümumi əmlakın əmələ gəlməsində (əldə olunmasında) ər-arvadın hər birinin iştirakının aktivliyindən asılı olmayaraq onların həmin əmlaka bərabər hüquqları vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3, N.Əliyev küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş 35 000 manat pul vəsaitinin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində cavabdehin mülkiyyət hüququ tanınmalı, tikintiyə çəkilmiş xərcin yarısı 17500 (on yeddi min beş yüz) manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3, N.Əliyev küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş 35000 manat pul vəsaitinin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində cavabdehin mülkiyyət hüququ tanınsın. Tikintiyə çəkilmiş xərcin yarısı 17500 (on yeddi min beş yüz) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-731/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-731/2022
25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver