Məhkəmə qərarları › İş №2(014)-806/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-806/2022

23.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-806/2022 23.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz oğlunun sədrliyi X2 kаtibliyi İddiaçı, Cavabdeh sədri X1 iştirakı ilə, İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh büdcəsindən 2018-ci ildən 2020-ci ilin yanvar ayına kimi onun adına hesablanmış 2298 (iki min iki yüz doxsan səkkiz) manat məbləğində əmək haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürərək seçkilər nəticəsində bələdiyyə üzvü seçilmiş və 2015-ci ildən 2020-ci ilə qədər Cavabdeh sədri vəzifəsində çalışmışdır. 2015-ci ildən 2018ci ilə qədər bələdiyyə işçilərinin əmək haqqları ödənilmişdir. Lakin 2005-2010 və 2010- 2015-i il bələdiyyə üzvləri öz fəaliyyətlərində nöqsanlara yol verdiyi üçün 2018-ci ildən başlayaraq bələdiyyələrin hesabı Sosial Müdafiə Fondu tərəfindən dondurularaq bütün gəlirlər Sosial Müdafiə Fonduna yönəldildi. Bələdiyyənin hesabının dondurulduğu 2018-ci il tarixdən səlahiyyətli müddətin bitdiyi 2020-ci il 15 yanvar tarixədək bələdiyyənin əmək haqqı cədvəlinə uyğun olaraq hesablanmış və ona 2298 (iki min iki yüz doxsan səkkiz) manat əmək haqqı ödənilməmişdir. Səlahiyyət müddəti bitdikdən sonra Qoşaqovaq Bələdiyyəsinə əmək haqqının ödənilməsi ilə bağlı müraciət etsə də nəticəsi olmamış və bu günə qədər əmək haqqı ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh sədri izahatında bələdiyyənin gəlirləri olmadığına və Sosial Müdafiə Fondu tərəfindən hesablar dondurulduğuna görə əmək haqqlarının ödənilməsi mümkün olmadığını, öz fəaliyyəti dövründə bunları cavabdehin bildiyini, həmin dövrdə məhkəməyə müraciət etməyərək hazırkı vaxtda bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməsini ədaləti hesab etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və Cavabdeh sədri Ə.Mahmudovanın izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmaması əsası ilə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində göstərilir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. "İnzibati icraat" haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun ikinci maddəsinə əsasən 2.0.1-ci maddəsinə əssaən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; AR İnzibati Prosessual Məcəlləsinin 8.1.3- cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il 136 nömrəli qərarının dördüncü hissəsinə görə Bələdiyyələr inzibati orqan hesab edilir. AR Əmək Məcəlləsi 6-cı maddəsinə görə aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; "Bələdiyyələrin statusu" haqqında AR qanunun 15-ci maddəsinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir.Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir. "Bələdiyyə qulluğu" haqqında AR qanununun 2-ci maddəsinə əsasən bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri mövcud deyildir. İddiaçı bələdiyyə üzvü olmuş, ona görə də iddiaçı ilə cavabdeh inzibati orqan arasında olan xidməti münasibətlərə Əmək Məcəlləsinin müddüaları şamil edilməmişdir. Qeyd edilən İnzibati Prosessual Məcəllənin 8-ci maddəsindən də görünür ki, əmək münasibətləri ilə tənzimlənməyən, hakimlər, hərbi qulluqçularla inzibati orqan arasında olan xidməti münasibətlərlə bağlı mübahisələr məhkəmə aidiyyəti kimi, inzibati məhkəmələrin səlahiyyətinə aid edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cüi bəndində göstərilir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının inzibati orqan olan bələdiyəyə qarşı ödənilməmiş əmək haqqının verilməsinə dair tələbi ümumi məhkəmələrdə baxılmalı deyildir, buna görə də iş üz icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 260.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya izah edilsin ki, qeyd edilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar