Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-807/2023 29.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaqların yaşayış yerinin ananın yanında müəyyən olunması və uşaqların saxlanması üçün alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların yaşayış yerinin ananın yanında müəyyən olunması və uşaqların saxlanması üçün alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh 13 noyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Nikah Ağdaş rayon Qeydiyyat şöbəsində 254 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Evləndikləri vaxtdan bir neçə il cavabdehlə onlar normal ailə həyatı yaşamışlar. Bundan sonra isə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər gərginləşmişdir. 2022-ci ilin avqust ayında Cavabdeh onu uşaqlari ilə birlikdə H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında atıb getmişdir. O vaxtdan uşaqları onun yanında və himayəsindədir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi isə cavabdehin onları tərk etdikdən sonra bir ata kimi öz uşaqları ilə maraqlanmaması və onların sağlam böyüməsi və tərbiyəsi üçün ona maddi yardım göstərməməsidir. Uşaqların hər ikisinin ona çox bağlılığı, həm də azyaşlı kimi daimi qayğıya ehtiyacları olduğundan və cavabdehin lap bunu istəsə belə onlara lazımi qayğı göstərməyə bilməyəcəyi səbəbindən o, hesab edir ki, uşaqlar onunla yaşamalıdırlar və buna görə də cavabdeh onların təminatı üçün aliment ödəməlidir. Cavabdehin rəsmi iş yeri olmasına baxmayaraq o, muzdla işləyir və buna görə də əmək haqqı nəğd pulla birbaşa əlinə alır. Qeyd olunan səbəbdən o. alimentin miqdarının məhkəmə tərəfindən hər ay öənilməli olan sabit pul məbləğində müəyyən edilməsini zəruri hesab edir və həm ölkə üzrə yaşayış minimumunu, həm də onun maddi vəziyyətini nəzərə alaraq düşünür ki, hər uşaq üçün məhkəmə tərəfindən hər ay cavabdehdən 190 manat məbləğində aliment tutulmalıdır. Mövcud qanunvericiliyə uyğun olaraq o, mübahisəni Ailə Mediasiya vasitəsi ilə həll etməyə çalışsa da, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 16 avqust 2016cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək anaları ilə qalmaları müəyyən edilərək, onların yaşayış yerlərinin harada yaşamağından asılı olmayaraq analarının yaşayış yerinin təyin edilməsi, 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 saxlaılmaları üçün xx xxxx 1991-ci ildə Azərbaycan Respublikasının Ağdaş şəhərində doğulmuş Cavabdeh uşaqların yetkinlik yaşlarına çatanadək hər uşaq üçün hər ay 190 manat vəsaitin alınaraq iddiaçıya verilməsi, İMS-nın keçirilməsi üçün ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X2 saxlanılmaları üçün xx xxxx 1991-ci ildə Azərbaycan Respublikasının Ağdaş şəhərində doğulmuş Cavabdeh uşaqların yetkinlik yaşlarına çatanadək hər uşaq üçün hər ay 190 manat vəsaitin alınaraq iddiaçıya verilməsi, İMS-nin keçirilməsi üçün ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməy qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsini, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 anaları İddiaçı alınıb atası Cavabdeh himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəmə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında Ağdaş rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 254 nömrəli qeydlə rəsmişləşdirilmiş nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 anaları İddiaçı alınıb atası Cavabdeh himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-807/2023 saylı qərardadı ilə qarşılıqlı iddia baxılmamış saxlanmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə k, işin materiallarında olan 13 noyabr 2015-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 047416 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 13 noyabr 2015-ci il tarixdə 254 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Həşimov, arvada Yolçuyeva soyadı verilmişdir. İşin materiallarında olan 27 avqust 2016-cı il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 821675 saylı doğum haqqında şəhadətnəmənin təsdiqlənmiş surətindən görünür ki, X3 16 avqust 2016-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan 23 dekabr 2019-cu il tarixdə Xantı-Mansiysk Muxtar dairəsi – Yuqra, Xantı-Mansiysk şəhəri Administrasiyasının Vətəndaş vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-ПН № 880120 saylı doğum haqqında şəhadətnəmənin təsdiqlənmiş surətindən görünür ki, X4 17 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyası, Xantı-Mansiysk Muxtar dairəsi – Yuqra, Xantı-Mansiysk şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 13 noyabr 2015-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər, tərəflərin birgə nikahından iki uşaqları doğulmuşdur, bir müddətdir ki, faktiki olaraq ayrılmışlar, birgə yaşamırlar, birgə nikahlarından doğulmuş X3 və X4 analarının himayəsindədirlər, Cavabdeh uşaqların saxlanılmaları üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşaqların özünün himayəsində saxlanılması və uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X4 iddiaçının yanında saxlanmalıdırlar. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 135 (yüz otuz beş) manat aliment tutularaq cavabdehə ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 17 aprel 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmalı, Cavabdeh 17 aprel 2023-cü il tarixdən başlayaraq 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 (yüz otuz beş) manat aliment tutularaq İddiaçı verilməli, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunan hissədə qiyməti 3240 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 52,40 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılsınlar. Cavabdeh 17 aprel 2023-cü il tarixdən başlayaraq 16 avqust 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 (yüz otuz beş) manat aliment tutularaq İddiaçı verilsin. İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Cavabdeh 52,40 (əlli iki manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-807/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-807/2023
29.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver