Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-959/2021 27.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı və X3 Cavabdeh qarşı Valideynin əlavə xərclərə cəlb olunması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və X2 Rəhim Yaqub oğluna qarşı valideynin əlavə xərclərə cəlb olunması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təhsil müddətində hər ay 450 manat əlavə xərclərin(təhsil,nəqliyyat və s.) alınaraq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və X9 iddialarını onunla əsaslandırmışlar ki, Cavabdeh ilə nikah münasibətləri pozulduqdan sonra məhkəmənin müvafiq qərarı əsasında 20.02.2003-cü il tarixdə anadan olmuş X3 və 05.11,2004-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün aliment təyin edilmişdir. Elmira Rəhimovanın 18 yaşı tamam olmuş, o 2020-ci ildə ödənişli əsaslarla (illik təhsil haqqı 1500 manat) Mingəçevir Dövlət Universitetinin Pedoqoji fakültəsinin əyani şöbəsinin İ tədris ili Rİ20.1 saylı qrupuna qəbul olunmuşdur. Ödəniş məbləğindən əlavə onun aylıq 300 manatla 400 manat arasında təhsil, nəqliyyat və başqa xərcləri çıxmaqdadır. Lakin cavabdehə bununla bağlı məlumat verilməsinə baxmayaraq heç bir köməklik göstərmir və ümumiyyətlə imtina edir. Odur ki, onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlanadırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddiaçı X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 20.02.2003-cü il tarixdə anadan olmuş X3 və 05.11,2004-cü il tarixdə anadan olmuş X4 valideynləri Cavabdeh və İddiaçı və X11 qızıdır. Mingəçevir Dövlət Universitetinin 09 fevral 2021-ci il tarixli arayışından görünür ki, X9 Mingəçevir Dövlət Universitetinin pedaqoji fakultəsinin əyani şöbəsində ödənişli əsaslarla təhsil alır. İllik təhsil haqqısı 1500 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamdıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyiıı məhkəmələr tərəfındən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş Elmira Rəhimova 18 yaşı tamam olduğuna görə atası - Cavabdeh onu saxlamaq vəzifəsi xitam olunmuşdur. Valideynlərin yetkinlik yaşına çatmış uşaqlarını o hallarda saxlamaq vəzifəsi daşıyırlar ki, uşaqların əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun. Məhkəmədə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçı Elmira Rəhimova 18 yaşı tamam olmuşdur və o, tam əmək qabiliyyəti olan şəxsdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə miistəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfındən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə, şikəst olması, habelə yetkinlik yaşı tamam olsa da əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları daxildir. İş materiallarından göründüyü kimi iddiaçı X8 Dövlət Pedoqoji Universitetinin pedaqoji fakultəsinin əyani şöbəsinin birinci kurs tələbəsidir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Odur ki,iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb olunması tələbi haqqında iddiaları rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-959/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-959/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver