Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-966/2024 08.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X15 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "Aliment " tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Aliment " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş 22 mart 2010-cu il təvəllüdlü X6, 21 iyun 2011-ci il təvəllüdlü X7 və 05 dekabr 2016-cı il təvəllüdlü X2, yəni üç uşağın 18 yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 230 manat, cəmi 690 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə evlənərək nikahlarını 21 aprel 2010-cu il tarixdə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 22 mart 2010-cu il təvəllüdlü X6, 21 iyun 2011-ci il təvəllüdlü X7 və 05 dekabr 2016-cı il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət birgə mehriban yaşamışlar. Lakin ailə münasibətləri cavabdehin ucbatından pozulmuşdur. Nəticədə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(014)-1374/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş 22 mart 2010cu il təvəllüdlü X6, 21 iyun 2011-ci il təvəllüdlü X7 və 05 dekabr 2016-cı il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Hazırda Cavabdeh ilə aralarında qeyd edilmiş nikah və ailə münasibətləri pozulmuş, ailələri mövcud deyildir. O, aralarında qeyd edilmiş nikah pozulduqdan sonra cavabdehdən ayrı yaşayır və üç uşağa da özü baxır. Cavabdeh uşaqlara baxmır və könüllü aliment ödəməkdən yayınır. Cavabdeh məhkəməyə etiraz göndərmiş və etirazı onunla əsaslandırmışdır ki, o, Mustafayeva (Abdullayevə) Könül Ənvər qızı ilə evlənərək nikahlarını 21 aprel 2010-cu il tarixdə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 22 mart 2010-cu il təvəllüdlü X6, 21 iyun 2011-ci il təvəllüdlü X7 və 05 dekabr 2016-cı il təvəllüdlü X8 doğulmuşdur. Evləndikdən sonra ilk vaxtlarda cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. Belə ki, cavabdeh mütəmadi evdə səbəbsiz yerə söz-söhbət salaraq, evdə gərginlik yaratmış, bu da onların münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(014)-1374/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və uşaqları X6, X7 və X2 analarının himayəsində saxlanılması qət edilmişdir. Hətta nikah pozulduqdan sona 05 dekabr 2016-cı ildə X8 özünün yanında qalır. Lakin sonradan digər uşaqlar, yəni qızları da gələrək onunla yaşamağa başlamışlar. Onların bütün tələbatlarını özü ödəmişdir. Həmin müddət ərzində bir dəfə də olsun Mustafayeva (Abdullayevə) Könül Ənvər qızı uşaqlarını yanına çağırmamışdır. Bu ilin, yəni 2024-cü ilin aprel ayının 10-da Mustafayeva (Abdullayevə) Könül Ənvər qızı maşın göndərərək uşaqlarını aparmasını tələb etmiş, iki uşağı, yəni 22 mart 2010-cu il təvəllüdlü X6 və 21 iyun 2011-ci il təvəllüdlü X7 analarının yanına getsə də, 05 dekabr 2016-cı il təvəllüdlü X8 anasının yanına getmək istəməmiş və hazırda da anası ilə qalmaq istəmir. Hesab edir ki, oğlu anasından çox ona bağlıdır. Buna görə də X4 iddia tələbi qismən təmin edilməli, onun yanında 1 uşaq və iddiaçının yanında 2 uşaq olduğundan 1 uşağa görə aliment tutulmalıdır. Bundan başqa, iddiaçı iddia tələbində 235 manat məbləğində aliment tələb etdiyini bildirmişdir. Ancaq alimentin miqdarının zəruri olan sübutları iddia tələbində qeyd etməmiş və həmin sübutlara dair sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, onun rəsmi iş yeri yoxdur. Hətta evli olduqları vaxtlarda belə çətinliklə ailəni dolandırırdı. İddiaçı özü Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzində işləyir və 500 manata yaxın əmək haqqı və 350 manat civarında pensiya alır. Bundan başqa ölkədə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Düşünür ki, həmin məbləğ tərəflər arasında yarı bölünməli və ondan 117 manat aliment tutulmalıdır. Lakin o, uşağının gələcəyini düşündüyündən, iddiaçıda olan iki uşağın birinə aliment ödəməkdən azad edilməklə, 1 uşağa görə 140 manat aliment ödəyə bilər. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Onun hazırki maddi və ailə vəziyyəti 235 manat məbləğində alimenti ödəməyə yetmir. Beləliklə qanunların normasından da göründüyü kimi iddiaçı ondan aliment tələb etməkdə niyyəti uşağın tələbatı deyil, öz şəxsi tələbatıdır, yəni əsassız varlanmaqdır. Hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1- ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Lakin buna baxmayaraq o, öz sübutlarını təqdim etmişdir. Məhz iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən əvvəlki alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını, aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətini, alimentin artırılması üçün yeni əsasların mövcud olmasını və bununla bağlı diqqətəlayiq başqa maraqların nəzərə alınmasını sübut etməlidir. Lakin hazırki işdə iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilmir, iddiaçı öz dəlillərini formal mülahizələrə əsasən əsaslandırmağa çalışmışdır. Qeyd olunanları, yəni iddiaçının Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzində işləyərək 500 manata yaxın əmək haqqı və 350 manat civarında isə pensiya almasını, 05 dekabr 2016-cı il təvəllüdlü X2 özünün yanında qalması nəzərə alınaraq, iddiaçının iddia tələbinin qismən, yəni iddiaçıda olan iki uşağn birinə aliment ödəməkdən azad edilməklə, 1 uşağa görə 140 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdehlə birgə nikahlarından doğulmuş 05 dekabr 2016-cı il təvəllüdlü X2 atası ilə yaşadığını və bütün xərclərinin atası tərəfindən qarşılandığını bildirmiş və cavabdehlə birgə nikahlarında doğulmuş 22 mart 2010-cu il təvəllüdlü X6 və 21 iyun 2011-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 230 manat məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarında qeydə alınmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş Mələk Mustafazadə, Ayşən Mustafazadə və Ramal Mustafazadə onun yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra uşaqlar özünün yanında olmuş, lakin son bir ildə 2024-cü ilin aprel ayınadək atalarının yanında qalmışlar. Aprel ayından sonra iki qız övladını yanına gətirmiş, oğul övladı isə atasının yanında qalmışdır. Uşaqlar atalarının yanında qaldığı bir il müddətində uşaqların saxlanılmasına köməklik etmişdir. Oğlunun atasının yanında daimi qalması qeyri-müəyyən olduğundan üç uşağın saxlanılması üçün aliment tələb etmiş, lakin hazırda oğlu atasının yanında qaldığı üçün iki uşağın saxlanılması üçün aliment tələb edir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 230 manat məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə aralarında qeyd edilmiş nikah pozularkən uşaqlar analarının yanında saxlanılmışdır. Lakin son bir ildə uşaqların hər üçü özünün yanında qalmış, həmin müddət ərzində iddiaçı yalnız uşaqların geyimlərinin alınmasına ona köməklik etmişdir. 2024-cü ilin aprel ayında isə iddiaçı uşaqları istəmiş və uşaqlardan Mələk və Ayşən analarının yanına getmiş, Ramal isə onun yanında qalmışdır. Oğlunun bütün ehtiayclarını özü qarşılayır. Özünün rəsmi iş yeri yoxdur, lakin uşaqların saxlanılmasına köməklik etməkdən imtina etmir. Belə ki, uşağın biri özünün yanında olduğundan bir uşağın saxlanılması üçün aliment ödəmək istəyir və digər uşağın saxlanılması üçün də kömək edəcək. Odur ki, qeyd olunanların nəzərə alınaraq bir uşağın saxlanılması üçün 140 manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2010-cu il tarixli, AZ-İİ № 524712 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 22 mart 2010-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2011-ci il tarixli, AZ-İİ № 726725 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 21 iyun 2011-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 yanvar 2017-ci il tarixli, AZ-İİİ № 899526 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 05 dekabr 2016-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Cavabdeh, anası X5r. Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(014)-1374/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, iddiaçı X9 ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş Rayon Qeydiyyat şöbəsində 21 aprel 2010-cu il tarixdə 94 nömrə ilə qeydə alınmış nikahın pozulması, 22 mart 2010-cu il təvəllüdlü X6, 21 iyun 2011-ci il təvəllüdlü X7 və 05 dekabr 2016-cı il təvəllüdlü X2 anası X4 yanında saxlanılmaları qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 31 may 2024-cü il tarixli arayışından görünür ki, “Aliment tələbi”-nin mübahisələndirilməsi üzrə 31 may 2024-cü il tarixdə saat 09:00-da keçirilmiş mediasiya prosesində İddiaçı və Cavabdeh iştirak etməmişlər, eləcə də prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 22 mart 2010-cu il təvəllüdlü X6, 21 iyun 2011-ci il təvəllüdlü X7 və 05 dekabr 2016-cı il təvəllüdlü X8 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(014)-1374/2021 nömrəli qətnaməsi ilə tərəflər aasında qeyd edilmiş nikah pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş hər üç uşaq analarının, yəni iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı hər uşağın saxlanılması üçün alimnet tələb edir, lakin məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından doğulmuş iki uşaq ananın, bir uşaq isə atasının yanındadır. Hazırda iddiaçı iki uşağın saxlanılması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 22 mart 2010-cu il təvəllüdlü X6 və 21 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 11 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 4320 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 63,20 (altmış üç manat, iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 iyun 2024-cü il tarixdən başlayaraq 22 mart 2010-cu il təvəllüdlü X6 və 21 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 63,20 (altmış üz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-966/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-966/2024
08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver