Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-998/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 13 yanvar 2023-cü ildə rəsmi nikah qeyd edərək ailə qurmuşlar, birgə nikahlarından anadan olmuş 07 sentyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat aliment və mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 manat mediasiya rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 yanvar 2023-cü il tarixdə rəsmi nikah qeyd edərək ailə qurmuşlar. Birgə nikahdan 07 sentyabr 2023-cü ildə X7 anadan olmuşdur. Onlar mehriban ailə kimi yaşamışlar bir müddətdən sonra cavabdeh aralarında müqaisələr olduğu üçün o uşağını götürüb valideynlərinin yanına gəlmiş və səkkiz aydır ki, cavabdeh ailəsi ilə maraqlanmamış, daimi iş yeri olmasa da, fərdi əməklə məşğul olduğundan gəliri olmasına baxmayaraq uşağın saxlanılması üçün könüllü olaraq heç bir yardım etməmişdir. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə israrlıdır. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, onun Cavabdeh ilə xx.xx.2023-cü il tarixli birgə nikahlarından xx.xx.2023-cü ildə anadan olmuş və hazırda onun himayəsində qalmış X4 18 yaşı tamam olan günədək saxlanılması üçün hər ay üzrə cavabdehdən 2025-ci il üzrə AR-ı üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin sonrakı artımları da nəzərə alınmaqla 0.65 misli həddindən az olmamaqla alimentin, həmçinin uşağın 3 yaşının tamam olduğu xx.xx.2026cı il tarixədək özünə görə hər ay 100 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeryinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ilə cavabdeh xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 07 sentyabr 2023-cü il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Tərəflərin birgə nikahlarından anadan olmuş övladları 7 aylıq olarkən dünyaya natamam gəlmiş, 10 gün süni nəfəs aparatında qaldığından onda xəstəlik yaranmışdır. Ona görə də uşağı mütəmadi həkim nəzarətində saxlamaq lazımdır. Cavabdehin maddi imkanı yaxşıdır, Ağdaş şəhəri M. İsayev məktəbinin yanında tanınmış saç ustası olaraq işləyir. İddiaçının uşağın nənə və babası ilə görüşməsinə heç bir etirazı yoxdur. Ona görə də, uşağın saxlanılması üçün 246 manat aliment həmçinin uşağın 3 yaşının tamam olduğu xx.xx.2026-cı il tarixədək özünə görə hər ay 100 manat məbləğində aliment tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı iddia tələbi ilə qismən razıdır. 10 ildi işləmir. Hazırda işlətdiyi yeri kirayə götürmüşdür, ayda 200-250 manat ödəniş edir. Uşağın ürəyində deşik vardır, axırıncı dəfə uşağı həkimə aparanda həkim iynə-dərmana ehtiyac olmadığını bildirmişdir. Övladının saxlanılması üçün 170 manat məbləğində aliment ödəyə bilər. İddia tələbini qalan hissədə qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 13 yanvar 2023-cü il tarixli AZ-T 056155 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikahın bağlanması haqqında 13 yanvar 2023-cü il tarixdə 06 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan 24 oktyabr 2023-cü il tarixdə Ağdaş şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 933131 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 sentyabr 2023-cü il tarixdə Şəki şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞQ/MT035-168 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. İşin materiallarında olan Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli 5-32-12/2-Ə-745/2025 saylı arayışdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər el adəti ilə toy edərək evlənmişlər. Nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 07 sentyabr 2023-cü il təvəllüdlü X7 adlı bir övladları anadan olmuşdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaq anasının himayəsində qalmışdır. İddiaçı iddia vermiş, özünə və uşağına görə aliment tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli İddiaçı ilə Cavabdeh birgə nikahlarından 07 sentyabr 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 09 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, iddia tələbinin Cavabdeh 07 sentyabr 2023-cü il təvəllüdlü X7 doğulduğu gündən üç il ərzində hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli və 07 sentyabr 2023-cü il təvəllüdlü X7 3 yaşına çatana kimi, yəni 07 sentyabr 2026-ci il tarixədək Cavabdeh hər ay 50 manat tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2-ci bəndinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: -85.1.1-ci hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Həmçinin məhkəmə qeyd edir ki, ər-arvad ailənin bərabər hüquqlu üzvləridir və onlardan biri digərinin əmlak vəziyyətini pisləşdirə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Eyni zamanda məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 50 (əlli) manat 10 (on) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 09 aprel 2025-ci il tarixdən başlayaraq 07 sentyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 07 sentyabr 2023-cü il təvəllüdlü X7 3 yaşına çatana kimi, yəni 07 sentyabr 2026-ci il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat pul tutularaq İddiaçı verilsin. İddianın alimentin təmin edilmiş hissəsinə mütənasib olaraq 50 (əlli) manat 10 (on) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddiaçının mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 manat mediasiya rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-998/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-998/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver