Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1014/2023 01.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 vəkili və nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun atası X2 qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq bir uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2012-ci il tarixdə cavabdeh X6 ilə qeyri-rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Daha sonra nikahlarını rəsmiləşdirmişlər. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Həmin nikahdan xx.xx.2013-cü il tarixdə Ümid və xx.xx.2019-cu il tarixdə Nazlı adlı iki nəfər övladları anadan olmuşdur. Hazırda cavabdehlə ayrı yaşayırlar. Cavabdehin ailə üzvlərinin onların ailə münasibətlərinə yersiz medaxilələr etməsi ucbatından onların ailə münasibətləri sarsılmışdır. Həmin vaxtdan ailə münasibətləri davam etmir. Özü heç bir yerdə işləmir. Uşağın saxlanılması get0gedə daha da çətinləşir. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaradır. Özünün və uşağının artan təlabatını təkbaşına təmin edə bilmir. Belə ki, Ümid adlı uşağına məhkəmə qaydasında aliment təyin olunmuşdur. Cavabdeh öz qazancından uşağın diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Belə olan halda o, uşağının təlabatını və digər diqqətə layiq ehtiyaclarını ödəyə bilmir. Bu barədə o, mediasiya qurumunda da olmuşdur. Hazırda Nazlı adlı uşağına könüllü aliment verilməsini istəsə də mediasiyada alınmamışdır. Ona görə də xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun atası X2 qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq bir uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı X11 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, bir uşağın saxlanılması üçün 140 manat olmaqla iki uşağa görə cəmi 280 manat aliment tutulmasına etiraz etmir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X15 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı X7 ona qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, hər uşaq üçün 120 manat olmaqla iki uşaq üçün 240 manat aliment ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X3 vəkili və nümayəndəsi X13 göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Bir uşaq üçün 160 manat aliment tutulmasına razı olduğundan iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X6 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə X3 faktiki birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X10 adlı iki uşaqları anadan olmuşdur. Bundan başqa məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün məhkəmə qaydasında cavabdeh X2 aliment tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, X2 05 sentaybr 2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay bir uşağa 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 160 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay 160 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdeh X2 39,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 05 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh X2 39,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(015)-1014/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1014/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver