Məhkəmə qərarları › İş №2(015)-1065/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1065/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1065/2025 07.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və yoldaşı X1 onu nalayiq söyünclərə və təhqirlərə məruz qoyduğu üçün şərəf və ləyaqətinə təhqiramiz ifadələr işlətdiyinə görə ondan Hörmətli İddiaçı1 sizdən üzr istəyirəm demələrini və yoldaşının maşınına dəymiş maddi zərər üçün 1500 (min beş yüz) manat cavabdehdən alınıb ona ödənilməsini, cavabdeh barəsində etdiyi əməllərə görə xüsusi qərardad çıxarılmasını və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, iş üzrə digər İddiaçı2 onun həyat yoldaşı, cavabdehlər isə onların qonşusudur. Belə ki, may ayının 17-də həyat yoldaşı mağazanın qarşısında maşınını yumuş, bu zaman nəvələri də orada olmuşdur. Cavabdeh1 da həmin vaxt motorlu ot biçənlə ot biçmişdir. Bu zaman ot biçən aparatdan çıxan daşlar onların üzərlərinə tökülmüş, bundan sonra o, nəvələrini həyətə aparmışdır. Həmin daşlardan biri onların maşınının arxa şüşəsinə dəyərək sındırmışdır. Bu zaman həyat yoldaşı Samirə səslənərək maşının şüşəsini qırdığını və ona dayanmasını bildirmişdir. Həmin vaxt o, həyat yoldaşı ilə razılaşaraq şüşəni alacağını bildirmiş, səhəri gün ondan şüşənin pulunu istədikdə pul verməyəcəyini bildirmiş və onlara nalayiq sözlər deyərək qapını bağlamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, 17 may 2025-ci il tarixində evinin qarşısında, köhnə mağazanın yanında maşınını yuyan zaman, Cavabdeh1 da həmin vaxt motorlu ot biçənlə ot biçmişdir. Ot biçən aparatdan çıxan daşlar onların üzərlərinə töküldüyü üçün ona səslənərək ehiyatlı olmasını bildirmişdir. Bir qədər sonra üzərinə tökülən daşların biri maşının arxa şüşəsinə dəyərək sındırmışdır. Bu barədə ona bildirəndə o, qəsdlə etmədiyini bildirmişdir. Həmin vaxt onunla öz aralarında razılaşmış və o, şüşəni alacağını bildirmişdir. Səhəri gün onu çağıraraq şüşənin pulunu istədikdə o, Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edərək ondan şikayət etdi. Dəfələrlə əsassız olaraq onlardan polisə şikayət etmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıların qeyd etdikləri şər, böhtandır. O, iddiaçılara bir kəlmə belə nalayiq söz deməmişdir. Maşının şüşəsi qırılan zaman o, 20 metr kənarda ot biçmişdir. Maşının şüşəsini o, qırmamış, şüşəni iddiaçıların nəvəsi daşla qırmışlar. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, 23 ildir ki, o, Samirlə evlidir. İddiaçılar onlarla qonşudur. Həmin 23 ildə iddiaçılar onlarla yol getmirlər. İddiaçıların qeyd etdikləri şər, böhtandır. Onları təhqir etməmişlər. Dəfələrlə onların barəsində əsassız şikayətlər etmişlər. İddiaçıların evində kamera var. Əgər iddiaçıların qeyd etdiyi kimi maşının şüşəsini Samir qırıbsa bu barədə görüntü təqdim etsinlər. İddiaçı ona nə demişdirsə o da ona demişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması kimi üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir. Bu zaman məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Göründüyü kimi iş üzrə tərəflər qonşu olmaqla aralarında 17 may 2025-ci il tarixdə mübahisə baş vemrişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında və məhkəməyə təqdim etmiş olduqları sənədlərdə cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 onların barəsində şərəf və ləyaqəti ləkələyən hansı söz və ifadələrin işlədilməsi, həmin ifadələrin ən azı iki nəfər kənar şəxsin yanında, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilməsi, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formalarında yayılması barədə məhkəməyə sübut təqdim etməmiş və cavabehlərin iddiaçıların barəsində şərəf və ləyaqəti ləkələyən söz və ifadələr işlətmələri məhkəmə iclasında sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə iddiaçıların cavabdehlərdən mənəvi zərər tələb etmələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qanunvericiliyə əsasən şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüquqi şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsinə uyğun olaraq, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Şəxs mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirtdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Göründüyü kimi, cavabdehlərin iddiaçıların barəsində şərəf və ləyaqəti ləkələyən söz və ifadələr işlətmələri, onların fəal ictimai həyat tərzindən məhrum olmaları, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və sağlamlıqlarına xəsarət yetirilməsi (stres keçirməsi) öz təsdiqini tapmamış və məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə həmçinin iddiaçıların maşına dəymiş maddi zərər üçün 1500 ( bir min beş yüz) manat pulun cavabdehlərdən alınıb onlara ödənilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçıların üzərinə düşür və məhz onlar Cavabdeh1 motorlu ot biçənlə ot biçən zaman qeyd edilən maşının şüşəsini sındırmasını sübut etməlidirlər. İddiaçılar iddia tələbinin əsası kimi Cavabdeh1 17 may 2025-ci il tarixdə motorlu ot biçənlə ot biçən zaman ot biçən aparatdan çıxan daşların maşınının arxa şüşəsinə dəyərək sındırmasını bildirmişlər. Lakin qeyd edilən maşının arxa şüşəsinin Cavabdeh1 hərəkətləri nəticəsində sınması məhkəmə iclasında sübuta yetirilməmişdir. İddiaçılar bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsində, sübut etmə vəzifəsi ilə bağlı belə müəyyən edilib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Cavabdeh1 motorlu ot biçənlə ot biçən zaman qeyd edilən maşının şüşəsini sındırması faktı hazırki vəziyyətdə öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə iddia tələbinin cavabdehin barəsində xüsusi qərardad çıxarılmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə uyğun olaraq, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi hazırki iddia tələbi şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat olmaqla, mülki işə məhkəmə tərəfindən baxılarkən cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 hər hansı bir hərəkətlərində və ya hərəkətsizliyində cinayət əlamətlərinin olması aşkar edilməmiş və öz təsdiqini tapmamamışdır. Ona görə də cavabdehin barəsində xüsusi qərardadın çıxarılması məqsədəuyğun deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar