Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1091/2024 25.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, o, cavabdeh ilə 2016-cı ildə qeyri-rəsmi qaydada ailə qurmuş, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Hazırda cavabdehlə ayrılmışlar. O, cavabdehlə ayrıldıqdan sonra o, valideynlərinə məxsus Ağstafa rayonunun Qırılı kəndində yerləşən evdə yaşayır, lakin onun rəsmi qeydiyyatda olduğu ünvan Tovuz rayonu Azaflı kəndidir. Ona görə də hazırki iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, Tovuz rayonu Azaflı kənd sakinidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aşağıdakılara əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Prosessual qanunvericilikdə iddia ərizəsi verilərkən onun cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması və alimentin alınması haqqında olan iddiaların iddiaçının yaşadığı yerə görə verilməli olduğu nəzərdə tutulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından, iddiaçı və cavabdehə məxsus şəxsiyyət məlumatları üzrə çıxarışların surətindən görünür ki, iddiaçının rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2 ünvan isə ünvan 3-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3 və 36.5-ci maddələrinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması və alimentin alınması haqqında olan iddiaların iddiaçının yaşadığı yerə görə verilir. Göründüyü kimi iddiaçının tələbi aliment tələbidir və onun yanında yetkinlik yaşına çatmayan uşaqları var. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının yaşayış yeri Tovuz rayonunun inzibati ərazisi hesab edildiyindən və onun yanında yetkinlik yaşına çatmayan uşaqları olduğundan mülki iş ərazi aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 45.2, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1091/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1091/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver