Məhkəmə qərarları › İş №2(015)-1240/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1240/2025

21.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1240/2025 21.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı X1 (Mamedov İusif) iştirakı ilə, İddiaçı X1 (Mamedov İusif) Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı X2 (Mamedov İusif) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1986-cı ildə anadan olmuş Ağstafa rayonu Qaçaq Kərəm kəndində qeydiyyatda olan Cavabdeh yaşayış minimumu olan 400 manaq miqdarında aliment kəsilərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 (Mamedov İusif) iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verməlidir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(015)-343/2025 saylı qətnaməsinin (hakim Heyran Mürsəlova) surətindən görünür ki, X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, X2 (Mamedov İusif) Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia əsasında məhkəmə araşdırılmaları aparılaraq Ağstafa Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(015)-343/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı X1 Cavabdeh qarşı aliment tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, məhkəmə qənaət prinsipini üstün tutaraq məhkəmə hesab edir ki, bu halın yenidən araşdırılmasına əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddiaçı X1 (Mamedov İusif) Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261.0.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 (Mamedov İusif) Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar