Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1282/2024 03.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, o, iş üzrə Cavabdeh ilə 30 iyul 2016-cı il tarixdə nikahlarını Ağstafa rayon Qeydiyyat şöbəsində 105 saylı qeydlə rəsmiləşdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il tarixdəm Uğu və xx.xx.2020-ci il tarixdə Nur adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehin hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra cavabdehlə barışdıqları üçün alimentdən imtina etmiş və 2024-cü ilin yanvar ayında cavabdehlə yenidən nikaha girmişlər. Lakin halhazırda cavabdehlə münasibətləri yenidən pisləşmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddia tələbini qəbul etmir. Hal-hazırda işsizdir və birinci evlilikdən olan iki uşağı da onun himayəsindədir. Aldığı təqaüddən başqa əlavə qazanc yeri yoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verməlidir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(015)-640/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin olunmuş, tərəflər arasında 30 iyul 2016-ci il tarixində Ağstafa Rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia əsasında məhkəmə araşdırılmaları aparılaraq Ağstafa Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(015)-640/2023 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, məhkəmə qənaət prinsipini üstün tutaraq məhkəmə hesab edir ki, bu halın yenidən araşdırılmasına əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı izah olunmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin aliment tələbinə dair hissəsinin təkrar icra olunması üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261.0.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin aliment tələbinə dair hissəsinin təkrar icra olunması üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1282/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1282/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver