Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1303/2024 11.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər hər ay 235 (iki yüz otuz beş) manat miqdarında onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 iyun 2006-cı il tarixdə Ağstafa rayonu Qıraq Kəsəmən kənd İcra Nümayəndəliyində 07 nömrəli qeydlə rəsmi nikahla ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2006-cı il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ər-arvadlıq münasibətlərini kəsmişlər. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-694/2024 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuşdur. Nikahları pozulan zaman xx.xx.2006-cı il təvəllüdlü X9 cavabdehin, xx.xx.2010-cu il təvəllüdlü X6 isə onun himayəsində saxlanılmışdır. Artıq xx.xx.2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır. xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment kəsilməsi zərurəti yaranmışdır. Cavabdeh DəmirYol QSC-də mühafizəçi işləməklə və təsərrüfat işləri ilə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə edir. Lakin cavabdeh öz öhdəsinə düşən valideynlik borcunu yerinə yetirmir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, məhkəməyə iddia tələbinə etiraz ərizəsini təqdim edib göstərdi ki, onların iddiaçı ilə birgə nikahlarından anadan olmuş övladları Samir hal-hazırda hərbi xidmətdədir. Qızları Samirə isə onun valideynlərinin evində yaşayır. Onun bütün ehtiyaclarını özü qarşılayır. Ona görə də qeyd etdiklərinin nəzərə alınıb iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş azyaşlı X5 bildirdi ki, o, hazırda anası ilə birgə yaşamır. Atasının valideynlərinin Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yerləşən evində onlarla birlikdə yaşayır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh ilə cavabdeh İddiaçı 12 iyun 2006-cı il tarixdə Ağstafa rayonu Qıraq Kəsəmən kənd İcra Nümayəndəliyində 07 nömrəli qeydlə rəsmi nikahla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X6 adlı iki uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-694/2024 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X4 atası Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X2 isə anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Ağstafa RİHB-nın Qıraq Kəsəmən kənd i.ə.d üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini X6 xx.xx.2024-cü il tarixdən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində babası X7 və nənəsi X3 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, iddiaçı yetkinlik yaşına çatmayan X6 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, azyaşlı X6 adlı uşaq hal-hazırda cavabdehin valideynləri, yəni nənə və babası ilə birlikdə yaşayır. Uşağın xərcləri isə cavabdeh tərəfindən qarşılanır. Məhkəmə hazırki halda cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab etmir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1303/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1303/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver