Məhkəmə qərarları › İş №2(015)-138/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-138/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-138/2025 15.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ¼ hissəsinin tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 04 oktyabr 2022-ci il tarixdə nikahlarını Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1042 nömrə ilə rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Cavabdehlə birgə nikahdan xx.xx.2023-cü il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ona məlum olmayan səbəblərdən ondan ayrılmaq niyyətindədir. Dəfələrlə övladlarının xatirinə ailəsinin dağılmasını istəməmiş, buna baxmayaraq cavabdeh Ağstafa Rayon Məhkəməsinə müraciət edərək nikahın pozulmasını tələb etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-802/2024 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Hal-hazırda övladı onun himayəsində olmaqla valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh uşağın tələbatını qarşılamır. Həmçinin cavabdeh X4 şöbəsində polis nəfəri vəzifəsində işləyir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddia tələbini müdafiə edib göstərdi ki, iş üzrə İddiaçı onun qızıdır. İddiaçı ilə cavabdeh onların xəbəri olmadan ayrılmışlar. Hal-hazırda ayrı yaşayırlar və uşaq qızının himayəsindədir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib göstərdi ki, o, aliment tələbi ilə razıdır. Lakin onun 500 manat kredit öhdəliyi var. Hazırda X4 Şöbəsinin əməkdaşıdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-802/2024 saylı qətnaməsinə əsasən aralarındakı rəsmi nikah pozulmuşdur. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Orqanına müraciət etmiş, lakin mediasiya prosesində heç bir nətidə əldə etməmişlər. Məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Eyni zamanda, qanunvericiliyə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Hazırkı mübahisə üzrə İddiaçı Cavabdeh bir uşağın saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tələb edir. Tərəflərin izahatlarından görünür ki, Cavabdeh hal-hazırda X4 şöbəsində polis nəfəri vəzifəsində işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 noyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar