Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-141/2025 05.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin ödəmə üslunun dəyişdirilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat olmaqla iki uşağın saxlanılması üçün ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması Ağstafa Rayon Məhkəməsinin 2(015)-696/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulunun dəyişdirilərək hər ay bir uşağın saxlanması üçün 250 (iki yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün ümumilikdə 500 (beş yüz) manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 02 nömrə ilə rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2013-cü il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə heç cürə xasiyyətləri uyğunlaşmadığından Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-402/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və bir uşağın saxlanılması üçün 160 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra övladının xatirinə yenidən cavabdehlə barışmışdır. Onlar bir il birlikdə yaşayan zaman ikinci övladları X4 anadan olmuşdur. Lakin cavabdeh yenidən ailədə yersiz hərəkətlər etdiyi üçün və dəfələrlə ona zülm etdiyi üçün yenidən ayrılmaq məcburiyyətində qalmışdır. Bundan sonra iki uşağın saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən aliment tələb etmişdir. Həmin zamanlar cavabdeh X6 işlədiyi üçün Ağstafa Rayon Məhkəməsinin qətnaməsinə əsasən aylıq qazancının üçdə bir hissəsində aliment Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Artıq cavabdeh X5 təqaüdə çıxmışdır. Hal-hazırda övladları onun himayəsində olmaqla heç bir yerdən qazanc əldə edə bilmir. Cavabdeh təqaüd almaqla yanaşı təsərrüfat işlərindən də qazanc əldə edir. Sabit pul məlbəğində aliment tutulması zəruridir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi (atası) Nümayəndə izahatında göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(015)-696/2022 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində aliment İddiaçı xeyrinə tutulmuşdur. Həmin vaxt cavabdeh Ağstafa rayon polis şöbəsində işləmiş, lakin sonradan cavabdeh təqaüdə çıxdığı üçün hazırda aliment ödəmir. Odur ki, qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib izahatında göstərdi ki, o, əvvəllər Ağstafa RPŞ-də işlədiyi üçün aliment hər ay onun əmək haqqından tutulmuşdur. Lakin 2024-cü ilin sentyabr ayında o, təqaüdə çıxmış, lakin alimenti iddiaçıya birbaşa ödəməyə davam etmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə iddiaçı və onun nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və Ağstafa Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(015)-696/2022 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində aliment İddiaçı xeyrinə tutulmuşdur. Qətnamə qəbul edilən zaman cavabdehin rəsmi iş yeri olduğundan aliment onun (başqa gəlirlərinin) üçdə bir hissəsində tutulmuşdur. Göründüyü kimi, Cavabdeh hal-hazırda işlədiyi orqandan təqaüdə çıxmışdır. Ona görə də təyin olunmuş alimentin ödəmə üsulu dəyişdirilərək cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda İddiaçı Cavabdeh tələb etdiyi hər ay hər uşağa görə 250 manat aliment ödəmək iqtidarında olmasını qeyd etsə də, cavabdehin qazancları barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə cavabdehdən tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onun hüquq və mənafeyini nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(015)-696/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək cavabdeh Ramal Ramiz oğlu X2 Məmmədovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,425 = 170 manat) 0,425 misli, iki uşağa görə cəmi (400 x 0,85 = 340 manat) 0,85 misli həddində sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X10 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 4080 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 60,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(015)-696/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək cavabdeh Ramal Ramiz oğlu X2 Məmmədovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli, iki uşağa görə cəmi 0,85 misli həddində sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh 60,8 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-141/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-141/2025
05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver