Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1459/2025 29.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması və uşağa baxan anaya aliment tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı aliment tutulması və uşağa baxan anaya aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N saylı hərbi hissədə baş gizir olaraq hərbi xidmətini davam etdirən xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) yarısı hissəsi miqdarında alimentin və Cavabdeh birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olanadək onun xeyrinə əlavə olaraq 100 manat miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci il tarixdə Cavabdeh ilə ailə qurmuşdur. 21 may 2019-cu il tarixdə nikahımlarını Ağstafa Rayon Qeydiyyat şöbəsində 47 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2018-ci il tarixdə X5, xx.xx.2020-ci il tarixdə X3 və xx.xx.2023-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ailəyə və uşağa qayğı göstərməməsi, laqeid münasibət bəsləməsi, uşağın həyatında vacib olan məsələləri həll etməməsi onu aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur etmişdir. Hal-hazırda isə uşaqları onun himayəsində olmaqla gəlin köçdüyü qaynatasına məxsus yaşayış evində yaşayır. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyrimümkündür. Lakin cavabdeh uşaqların normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməkliyini göstərmir. Hətta uşağın hər hansı bir müalicəsi ilə əlaqədar bütün dərman vasitələrini almağa məcbur olur. Bu barədə də cavabdehə bildirəndə o, valideyinlik məsuliyyətindən yayınmağa çalışmışdır. Uşaqlar onun himayəsində olduğu üçün uşaqların saxlanılması üçün aliment müəyyən edilərək ona verilməlidir. Bundan başqa övladı X4 xx.xx.2023-cü il təvəllüdlü olmaqla hələ 3 yaşı tamam olmamışdır.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı bildirdi ki, alimentlə cavabdehlə aralarında razılıq mövcuddur, ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, iddia tələbinə dair heç bir etirazı olmadığını bildirdi.
5. Məhkəmə tərəfləri dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
6. Ağstafa Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanılmış və həmin tarixdə 47 nömrə ilə qeyd edilmişdir.
7. Ağstafa rayon Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X4, Ağstafa Rayon Polis şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları vardır.
8. X6 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X1 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı X1 iştirak etmiş, lakin Cavabdeh X1 iştirak etməmişdir.
c)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. İddiaçı ilə Cavabdeh arasında birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı üç uşaqları doğulmuşdur. Uşaqlar iddiaçının yanında qalırlar. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər ilkin mediasiya prosesində iştiraka cəlb olunmuş, İddiaçı X1 iştirak etmiş, lakin Cavabdeh X1 iştirak etməmişdir. İddiaçı cavabdehdən uşağının saxlanılması üçün aliment tələb etmişdir. Lakin məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir.
d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
13. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür.
14. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün cavabdehin aylıq hər ay aylıq qazancının (başqa gəlirinin) yarısı hissəsi miqdarında miqdarında və uşaq 3 yaşına çatanadək əlavə xərclərin qarşılanması üçün 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etməsini və tələb olunan məbləğdə aliment tutulmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
16. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır.
18. Məhkəmə iddiaçıdan tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur
20. Həmin Məcəllənin 76.1.3. 3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
21. İddia ərizəsindən və cavabdehin izahatından görünür ki, Cavabdeh aylıq əmək haqqı vardır.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqı vardır, aylıq qazancı müntəzəmdir. Həmçinin cavabdeh iddiaçının əmək haqqına münasibətdə alimentin tutulmasını tələb etmişdir.
23. Bundan başqa, məhkəmə iddia tələbinin cavabdehdən bir uşağın 3 yaşına çatanadək əlavə xərclərin qarşılanması üçün 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissədə qeyd edir ki, iddianın uşağın üç yaşına çatanadək saxlanılması üçün əlavə xərclər olan 100 manat pulun tutulması hissəsində cavabdeh iddiaya etirazını bildirməmişdir.
24. Azərbaycan Respublikası MPM-nin 8.2.-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir.
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirinin) yarısı miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olanadək hər ay 100 manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova