Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1909/2025 15.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Fı̇ ruz qızının cavabdeh Əmı̇ raslanov Pərvı̇ n Eldənı̇ z oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Fı̇ ruz qızı cavabdeh Əmı̇ raslanov Pərvı̇ n Eldənı̇ z oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə evliliyindən xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 görə yetkinlik yaşına çatana kimi hər ay minimum əmək haqqının 65 misli miqdarında aliment və əlavə olaraq 3 yaşına kimi uşağın saxlanılması üçün hər ay alimentdən əlavə 200 manat məbləğində vəsait tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Fı̇ ruz qızı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmənin hazırlıq iclasında iddiaçının ərizənin qaytarılması barədə ərizəsi daxil olduğundan məhkəmə hesab edir ki, İddiaçı Fı̇ ruz qızının cavabdeh Əmı̇ raslanov Pərvı̇ n Eldənı̇ z oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 170.1, 170.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Fı̇ ruz qızının cavabdeh Əmı̇ raslanov Pərvı̇ n Eldənı̇ z oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №2(015)-1909/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1909/2025
15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver