Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-257/2024 30.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmək haqqı tələbi barədə” iddiasına dair mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmək haqqı tələbi barədə” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı ərizə (vəsatət) verərək iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə belə halda iddia ərizəsi qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-nin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmək haqqı tələbi barədə” iddiasına dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-257/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-257/2024
30.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver