Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-293/2025 27.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 fevral 2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(015)-376/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş ödəmə üsulu dəyişdirilərək, Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2018-ci il tarixdə qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Cavabdehlə nikahları rəsmiləşdirilməmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2019-cu il tarixdə X3 adlı uşaq doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmış, Ağstafa Rayon Məhkəməsinin 2(015)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Cavabdeh 150 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) çalışmaqla yüksək məbləğdə maaş alır. Hazırda uşaq onun himayəsində olmaqla heç bir yerdən qazanc əldə edə bilmir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İş üzrə iddiaçı tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasına cavabdeh ərizə göndərərək, Qarabağ zonasında işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etdiyini bildirmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(015)-898/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 02 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur.
8. X5 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir, aralarında razılıq əldə etməmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: c) İddiaçı Cavabdeh ilə ailə qurmuş, cavabdehlə nikahlarından 02 fevral 2019-cu il təvəllüdlü X3 adlı bir qızları dünyaya gəlmişdir. Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(015)-898/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq 02 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 12.Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını, əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına, cavabdehin gəlirinin isə qeyri-müntəzəm və dəyişən xarakterli olmasını, özünə məxsus avtomobillə meyvətərəvəz satmaqla məşğul olmasını, həmçinin cavabdehin özünə məxsus bərbərxanasından gəlir əldə etməsinə əsaslanmaqla tələb edir. Lakin iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması, ərizəsində qeyd etdiyi faktlar və cavabdehin yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. 13.Lakin qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
14. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə 150 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 02 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(015)-898/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment ödəmə üsulu dəyişdirilərək Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulub İddiaçı verilməlidir.
15. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
19. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. 02 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(015)-376/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş ödəmə üsulu dəyişdirilərək, Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova