Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-303/2024 21.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qızının Cavabdeh qarşı “hissədə tutulan alimentin təyinatı dəyişdirilərək alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hissədə tutulan alimentin təyinatı dəyişdirilərək alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə nikahlarını xx.xx.2020-ci il tarixdə rəsmiləşdirdikdən sonra xx.xx.2020-ci ildə ailə qurmşlar. Birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Polad adlı övladları anadan olmuşdur. Həmin uşaq hazda onun himayəsində yaşayır. Cavabdeh ilə münasibətlərinin pozulması ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən faktiki ayrılmışlar. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1243/2021 saylı məhkəmə əmrinə əsasən cavabdehdən 13 iyul 2021-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub xx.xx.2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi əmr edilmişdir. Budan sonra Ağstafa Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuşdur. Cavabdeh əvvəl N saylı hərbi hissədə mülki əməkdaş kimi işləyirdi və ayda 607 manat əmək haqqı alırdı. Lakin o, xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. Cavabdehin qazncının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması mümkün olmamışdır. Ona görə də Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1243/2021 saylı məhkəmə əmrinə əsasən Cavabdeh 13 iyul 2021-ci il tarixdən başlayaraq hər ay qazncının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub xx.xx.2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməli olan alimentin təyinatı dəyişdirilərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, aliment ödəməyə etiraz etmir. Lakin, hal-hazırda işləmir ona görə də qətnam qəbul edilib aliment təyin edilərkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə isə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulması barədə iddiaçının tələbi qeyd olunan maddələrin göstərişinə uyğundur. Belə ki, cavabdeh işdən çıxdığından alimentin onun qazancının ¼ hissəsi kimi tutulması iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozur. Odur ki, alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. Sabit pul məbləğində tutulacaq alimentin miqdarı 150 manat müəyyən edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə həmin maddədə istifadə olunan “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdehin özünün izahatına görə əvvəl 607 manat məbləğində əmək haqqı almış, həmin məbləğin ¼ hissəsi aliment kimi tutulmuşdur. Odur ki, sabit pul məbləğində tutulacaq alimentin miqidarının 150 manat müəyyən edilməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan verəcək. O cümlədən Məhkəmə həmin maddədə istifadə olunan “diqqətəlayiq olan digər hallar” ifadəsini vurğulayaraq qeyd edir ki, uşağın saxlanması bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsi alimentin miqdarının müəyyən edilməsində onun diqqətəlayiq mənafeyi kimi nəzərə alınmalıdır. Məhkəmə qərarlarının icrası təcrübəsindən bəllidir ki, bir sıra hallarda valideynlər aliment ödəməkdən yayınmaq üçün ya daha az əmək haqqı olan işə keçir, ya da qeyri-rəsmi işləməklə özünü işləməyən şəxs kimi təqdim edir. Ona görə də alimentin miqdarı valideyinin rəsmi qazancının məbləğinə görə deyil, onun qazanc əldə etmək imkanlarına (qabiliyyətinə) görə müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəada istifadə olunun “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini əsaslanaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, yüksək tələbat olan peşənin sahibidir, işləmək və hər ay uşağına 150 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Valideyinin qazancının olmaması və ya əldə etdiyi qazancın məbləğinin uşağın ehtiyacları üçün tələb olunan xərclərin məbləğindən az olması onu uşağın saxlamaq vəzifəsindən azad edilməsinə əsas ola bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, № 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1243/2021 saylı məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 150 (yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-303/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-303/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver