Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-343/2025 27.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 250 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, X1 adlı şəxslə 1982-ci il tarixdə ailə həyatı qurmuşdur. Onunla birgə nikahdan xx.xx.1983-cü il tarixdə X4 və xx.xx.1986-cı il tarixdə Cavabdeh adlı uşaqları anadan olmuşdur. X4 bu günə kimi işsiz olsa da, digər övladı Cavabdeh Bakı şəhərində "xxxx" ASC-də mühüm vəzifədə çalışmaqla yüksək məbləğdə qazanc əldə edir. Rusiya Federasiyası vətəndaşı olmasına baxmayaraq, Azərbaycan Respublikasında yaşayır. Lakin yaşlı olduğu üçün, yəni 71 yaşı olduğundan heç bir yerdə işləyib qazanc əldə edə bilmir. Evdə tək yaşadığı üçün hətta evin kommunal xərclərini ödəyə bilmir və çətin durumda yaşayır.
a) Məhkəmə icraatı iştirakçısının izahatı:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib bildirdi ki, oğlu Cavabdeh atası kimi lazımi dəstəyi göstərmişdir. Valideyn kimi övladına qarşı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Özü isə Rusiya Federasiyasının vətəndaşıdır və həmin ölkədən təqaüd alır. Hazırda cavabdeh tərəfindən ona aliment ödənilməsini məhkəmədən xahiş edir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddiaçının tələbi əsassızdır. Belə ki İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, həmin ölkədən təqaüd alır və eyni zamanda bankda adına müəyyən məbləğdə pul vəsaiti var. Cavabdeh evlidir, azyaşlı uşaqları var, aldığı əmək haqqı ailəsinə və özünün xərclərinə kifayət edir. Ona görə də, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır.
6. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Qazax rayon 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, davam etdirilməsinə razılıq verməmişdir, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
8. İş materiallarında olan, AUDİOMED eşitmə mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı solda orta dərəcədə sağda ağır dərəcədə qarışıq tipdə eşitmə azlığı mövcuddur.
9. Ağstafa Rayon Məhkəməsinin Bank VTB (Azərbaycan) ASC-yə ünvanlamış sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı aid Bank VTB (Azərbaycan) ASC-də hər hansı bir daxilolma qeyd olunan dövr ərzində aşkar olunmamışdır.
10. İş materiallarında olan çıxarışın və məktubların surətindən görünür ki, Ağstafa Rayon İcra hakimiyyətinin başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı Sərəncamı əsasında “X2” MMC-nin rəhbəri X1 ilə həmin tarixli 19/22 saylı “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cəmiyyətə rayonun inzibati ərazisindən “Ceyrançöl” qış otlaqlarından 120 ha örüş sahəsi 10 il müddətinə icarəyə verilmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Məmmədov İddiaçı Reyhan Cəlal qızı adlı şəxslə 1982-ci il tarixdə ailə həyatı qurmuşdur. Onunla birgə nikahdan xx.xx.1983-cü il tarixdə X4 və xx.xx.1986-cı il tarixdə Cavabdeh adlı uşaqları anadan olmuşdur. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və həmin ölkədən təqaüd alır və eyni zamanda birgə yaşadığı arvadı X1 “X2” MMC adlı hüquqi şəxsə rəhbərlik edir və Ağstafa Rayon İcra hakimiyyətinin başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı Sərəncamı əsasında 19/22 saylı “Torpaq icarə müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən Cəmiyyətə rayonun inzibati ərazisindən “Ceyrançöl” qış otlaqlarından 120 ha örüş sahəsi 10 il müddətinə icarəyə verilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
13. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
14. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
16. Göründüyü kimi, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan aliment tutula bilər. İşin faktiki hallarından iddiaçının əmək qabiliyyətinin olmaması, eləcə də maddi yardıma ehtiyacının olması müəyyən edilmir. Belə ki, iddiaçının özü pensiya almaqla gəlir əldə edir, həmçinin birgə yaşadığı arvadı X1 “X2” MMC adlı hüquqi şəxsə rəhbərlik edir və Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı Sərəncamı əsasında 19/22 saylı “Torpaq icarə Müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən Cəmiyyətə rayonun inzibati ərazisindən təsərrüfatla məşğul olub gəlir əldə etmək məqsədi ilə “Ceyrançöl” qış otlaqlarından 120 ha örüş sahəsi 10 il müddətinə icarəyə verilmişdir.
16. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının əmək qabiliyyətinin olmaması, eləcə də maddi yardıma ehtiyacının olması sübuta yetirilmədiyindən, həmçinin iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin oluna bilməz.
17. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Qeyd olunan Məcəllənin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.
21. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 3000 manat olmasını, iddiaçı tələbinin təmin olunmamasını nəzərə alınaraq 50 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
Nəticə hissəsi:
22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Heyran Mürsəlova