Məhkəmə qərarları › İş №2(015)-344/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-344/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-344/2023 04.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı “uşaqlara görə ödənilən alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X15 xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ərizənin təqdim edildiyi gündən Cavabdeh ilə birgə nikahdan 14 iyun 2008-ci il təvəllüdlü X7 və 16 aprel 2010-cu il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər xx.xx.2011-ci ildə anadan olmuş X2 üçün təyin olunmuş alimentin miqdarını artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X16 iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, Cavabdeh ilə 15 aprel 2008-ci il tarixdə ailə qurub rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 14 iyun 2018-ci il tarixdə X17 və 16 aprel 2010-cu il tarixdə X11 adlı övladları anadan olmuşdur. Lakin cavabdehlə münasibətləri pozulduğundan birgə yaşamaqları mümkün olmamış, buna görə də Ağstafa Rayon Məhkəməsinə cavabdehə qarşı “nikahın pozulması, uşaqların yanında saxlanılması, alimentin sabit pul məbləğində tutulması” tələbi ilə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan övladlarının onun yanında qalmaları, cavabdeh- Cavabdeh 10 yanvar 2022-ci iltarixdən başlayaraq 14 iyun 2008-ci il təvəllüdlü X17 və 16 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir.Cavabdehlə faktiki olaraq ayrı yaşadığı dövrdə, yəni 2021-ci ilin sentyabr ayından başlayaraq, istərsə də nikahın pozulması və alimentin ödənilməsi barədə məhkəmənin qətnaməsi çıxarıldıqdan sonra cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış, övladlarına qarşı diqqət və qayğı göstərməmiş, onların heç bir tələbatını ödəməmiş, aliment ödənişlərindən boyun qaçırmış, hazırda da onun aliment ödənişlərinə görə borcu yığılsa da, davranışında övladlarına qarşı müsbət dəyişiklik nümayiş etdirməmişdir. Əlavə olaraq qeyd edir ki, o cavabdehlə birgə nikahda olarkən 14 mart 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində 150 kv metr torpaq sahəsini əldə etməklə orada bir mərtəbəli fərdi evin inşasına başlamışlar.Birgə vəsaitləri ilə evin tikintisi təxminən 2021-ci ilin aprel ayında bitdiyindən övladları ilə birgə ora köçüb yaşamışlar. Lakin, 2021-ci ilin sentyabr ayından münasibətləri pozulduqdan sonra onların birgə yaşamaqları mümkün olmamış, bu səbəbdən o, övladları ilə birgə valideynlərinin Ağstafa rayonu Eynallı kəndində olan evlərində sığınacaq taparaq orada məskunlaşmışdır. Cavabdeh isə övladlarının aqibəti, necə, harada yaşamaları ilə ümumiyyətlə maraqlanmır. Övladlarının hər ikisi orta məktəbdə təhsil alır, böyük qızı Zəki artıq məktəbin 9cu sinfində oxuyur, bir neçə fəndən əlavə olaraq ödənişli əsaslarla hazırlıq dərslərinə gedir. Özü isə işləmədiyindən, hər hansı bir pensiya, təqaüd, sosial müavinət almadığından övladları ilə birgə yaşadığı atası evində istifadə etdikləri elektrik enerjisinə, suya, qaza görə xərcləri və digər kommunal ödənişləri atası öz üzərinə götürüb, lakin ona da maddi cəhətdən çox çətindir. (sosial ödənişlər almadığını təsdiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun **********9 nömrəli 28 dekabr 2022-ci il tarixli məktubu iddia ərizəsinə əlavə etdiyini qeyd edir.). Atası artıq təqaüddədir, 289 manat pensiya alır, bu məbləğ ilə özünü və evində yaşayan 4 nəfərdən ibarət olan ailə üzvlərini saxlamağı çətindir, bu səbəbdən əlavə olaraq Ağstafa rayonu Eynallı kəndində məktəbdə müəllim işləyir, orda da cəmi 330 manat əmək haqqı alır. Bundan başqa atasının özünün və digər ailə üzvlərinin gəliri yoxdur. Beş nəfərdən ibarət olan və bir evdə yaşayan ailəsi yalnız atasının aldığı pensiya və maaş hesabına dolanır, bu pul isə nə atasına, nə anasına, nə dəki atası evində məskunlaşmış özü və övladlarına yetmir. Bundan başqa, Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh ümumiyyətlə övladlarına heç bir maddi kömək göstərilmir, onlarin tərbiyə edilməsində iştirak etmir. Məhkəmənin 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləği 2022-ci ildə ölkə üzrə qəbul edilmiş uşaqlar üçün yaşayış minimumundan çox az məbləğdə olsa belə cavabdeh uşaqlarının saxlanılmasına görə alimenti ödəməkdən boyun qaçırır. Cavabdehin maddi imkanının aşağı olması olduğu halda belə valideynin övladları qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Uşaqlar üçün tələb edilən alimentin miqdarı təkcə onların dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyil. Onun və övladlarının maddi vəziyyəti cox çətindir və ata evində yaşayırlar. Cavabdehin isə Bakı şəhəri Binəqədi qəsəbəsində və Ağstafa rayonunun Köçəsgər kəndində fərdi yaşayış evləri var və Köçəsgər bələdiyyəsinin qeydiyyatında Cavabdeh aid həyətyani yaşayış məqsədilə 0.08 ha torpaq sahəsi vardır. Ona görə də Cavabdeh ərizənin təqdim edildiyi gündən Cavabdeh ilə birgə nikahdan 14 iyun 2008-ci il təvəllüdlü X7 və 16 aprel 2010-cu il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər xx.xx.2011-ci ildə anadan olmuş X2 üçün təyin olunmuş alimentin miqdarını artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə etiraz ərizəsi təqdim edrək bildirdi ki, iddianı qəbul etmir. İddiaçı ərizəsində bildirib ki, quya cavabdeh uşaqları ilə maraqlanmır, əslində isə cavabdeh uşaqları ilə əlaqə saxlamaq istəyəndə iddiaçı buna imkan vermirdi. Uşaqlara yaxınlaşdlqda isə polisə məlumat verir, barəsində yalan dolu infornasiyalar verməklə şərləyir. İddiaçı iddia ərizəsində qeyd etdiyi 14 mart 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 150 kv.m torpaq sahəsində fərdi evinonşasına başlanmasını bildirmişdir. Amma əslində iddiaçının qeyd etdiyi ünvan onların kirayədə yaşadığı evdir. İddiaçının anası yaşadığı müddətdə onlar qonaq gəldikləri zaman ailəsinə məxsus qızılları məhz kirayədə yaşadıqları evdə təhlükəli olduğu üçün həmin qızılları yaşadığı Ağstafa rayonu Eynallı kəndində olan yaşayış evində saxlamaq razılığına gəlmişdirlər. İddiaçıya və cavabdehə məxsus qızılları iddiaçının anası aparmışdır. Həmçinin polisə məlumat vermiş və sonradan ərizəsini geri götürdüyünu eşitmişdir. Həmin qızılların oğurlanması halı baş vermişdirsə bəs onda sonradan niyə həmin şikayətdən imtina etmişdir. Fikirləşir ki, onun qızıllarını ələ keçirməkdən ötrü bir oyndur. İddiaçı uşaqların ödənişli şəkildə təhsil alması halını vurğulayır, amma bu hal sübut edəcək heç bir qəbz işə əlavə edilməmişdir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin faktiki birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2010-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuş və həmin uşaq iddiaçının himayəsindədir. iş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, nikah Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə 22 iyul 2022-ci il tarixdə 45 nömrəli qeydlə nikahın pozulması haqqında akt qeydlər kitabına qeyd edilmişdir. İş materiallarında olan 25 oktyabr 2022-ci il tarixdə 144 nömrəli məktubdan görünür ki, Köçəsgər bələdiyyəsinin qeydiyyatında Cavabdeh aid həyətyani yaşayış məqsədilə 0.08 ha torpaq sahəsi vardır. İş materillarında olan 25 oktyabr 629/g nömrəli arayışdan görünür ki, Ağstafa rayonu Köçəsgər kəndində ona məxsus təxminən 2012-ci il tarixdə tikllmkş ümumi sahəsi 110 kv. m, yaşayış sahəsi 90 kv.m olan fərdi yaşayış evi var və həmin ev təsərrüfata edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 dekabr 2022-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, X10 nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödənişlər (pensiya, təqaüd, sosial müavinət) alan şəxslərə dair informasiya bazalarında qeydiyyatda olmadığı bildirilmişdir. İş materallarında olan xx.xx.2022-ci il tarixli 01/4/01-7/5/18245 nömrəli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixində vətəndaş X13 ilə 40643786 nömrəli müqavilə bağlanaraq adına "xxxx" ASC-nin elektron abonent bazasında **********000 saylı abonent kodu açılmışdır. xx.xx.2022-ci il tarixdə qeyd olunan müqavilə ləğv edilmiş, həmin kod ad dəyişikliyi oljnmaqla Cavabdeh ilə 46401801 nömrəli müqavilə bağlanaraq onun adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixində isə sonuncu ilə bağlanmış müqavilə ləğv edilmiş, həmin kod ad dəyişikliyi olunmaqla Cavabdeh ilə bağlanmış 46401801 nömrəli müqavilə ilə onun adına rəsmiləşdirilmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(015)-188/2022 saylı qətnaməsinə əsasən X12 ilə X14 arasında olan nikah pozulmuş və Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə tutulmuşdur.Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin faktiki nikahından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(015)-188/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat omaqla, cəmi 400 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşaq üçün 220 manat omaqıa cəmi 440 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər hər uşaq üçün 200 manat olmaqla,cəmi 400 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 68 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(015)-188/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, X4 xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz ) manat olmaqla, cəmi 400 (dörd yüz) manatsabit pul məbləğində aliment X5 xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar