Məhkəmə qərarları › İş №2(015)-362/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-362/2023

20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-362/2023 20.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “alimentin hissədə müəyyən edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına kimi, saxlanılması üçün onun atası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq, alimentin məbləğini artıraraq bir uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və məhkəmə üçün ödədiyi 45 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, ilkin iddianın təmin olunmamasını və qarşılıqlı iddianın təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimentin tutlması hissəsində tutulmasını dəyişdirərək 01 aprel 2021-ci il təvəllüdlü X1 üçün qazancının dörtdə bir hissəsində alimentin müəyyən edilməsi barədə qətnamə xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, o, 2020-ci ildə cavadbeh Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx.xx.2021-ci il tarixdə Səma adlı bir övladı anadan olmuşdur. Cavabdehlə rəsmi nikahları olmamışdır. Uşağın saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2021 saylıqətnaməsinə əsasən cavabdehdən sabit pul məbləğində bir uşaq üçün 160 manat alimentin tutulması gət olunmuşdur. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaratmışdır. Özunun və uşağının artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdehin qəliri qeyri müntəzəm və dəyişən xarakterlidir. Birgə nikah dövründən bilir ki, o kifayət qədər pul qazanmaq imkanına malikdir lakin, öz qazancından uşaqıının ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayırmır. Ona görə də xx.xx.2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına kimi, saxlanılması üçün onun atası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq, alimentin məbləğini artıraraq bir uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və məhkəmə üçün ödədiyi 45 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, “Azərsu” Acıq Səhmdar Cəmiyyətində 8 nömrəli Regional Sukanal idarəsində 8 saatlıq ştat cədvəli üzrə təmirçi çilingər işləyir və orta əmək haqqı 357 manatdır. Ona əsassız olaraq aliment sabit pul məbləğində müəyyən edilmişdir. Onun başqa gəlir yeri yoxdur. Birinci nikahdan olan uşağı üçün 120 manat aliment ödəyir. Ona görə də ilkin iddianın təmin olunmamasını və qarşılıqlı iddianın təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimentin tutulması hissəsində dəyişdirərək 01 aprel 2021-ci il təvəllüdlü X1 üçün qazancının dörddə bir hissəsində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin qeyri rəsmi nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Vəliyeva (Bəkirova) Səma Xəyal qızı adlı uşaqları anadan olmuş və həmin uşaq iddiaçının himayəsindədir. iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Ağstafa rayonunun Aşağı Göycəli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş 16 mart 2023-cü il tarixli A-15 nömrəli arayışdan görünür ki, Cavabdeh 8 nömrəli Regional Sukanlı İdarəsinin Qazax sukanal sahəsində təmirçi çilingər peşəsində işləməklə orta əmək haqqısı 357 manatdır. İş materiallarına əlavə olunmuş qətnamənin sürətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(023)-701/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 120 manat aliment tutularaq 22 aprel 2017-ci il tarixində anadan olmuş Məhəmməd adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 xeyrinə tutulması gət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(015)-1129/2021 saylı qətnaməsinə əsasən Cavabdeh 20 oktyabr 2021-ci ul tarixdən başlayaraq 01 aprel 2021-ci il tarixində anadan olmuş Vəliyeva( Bəkirova ) Səma Xəyal qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmuşdur.Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin faktiki nikahından xx.xx.2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(015)-1129/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2021 -ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. Ona görə də Cavabdeh 45,50 manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(015)-1129/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İlk iddia qalan hissəsi təmin olunmasın. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh 45,50 (qırx beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar