Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-374/2023 26.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 18 oktyabr 2016-ci il tarixdə anadan olmuş X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasındaiştrak edən İddiaçı bildirdi ki, o 2015-ci ildə iş üzrə Cavabdeh ilə el adəti ilə toy edib ailə həyatı qurmuşdur. Cavabdehlə nikahlarını 15 fevral 2018-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 18 oktyabr 2016-ci il tarixdə Ayxan adlı oğlu dunyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri normal olsada sonradan aralarında yaranan anlaşılmazlıq, baş vermiş ziddiyyətlər ailəsinin dayaqlarını sarsıtmışdır. Bir-birini başa düşməmələri, cavabdehin uşağa, ailəyə qayğı göstərməməsi sonda ayrılmaqlarına səbəb olmuşdur. Bu səbəbdən də nikahın pozulması və aliment tələbinə dair Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(015)-51/2020 saylı qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulması gət edilmişdir. Eyni zamanda 18 oktyabr 2016-ci il təvəllüdlü X2 yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 14 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirinin )1/4 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi gət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin qətnaməsi çıxarılarkən cavabdeh rəsmi işlədiyindən aliment məbləği cavabdehin qazancına yönəlmişdir. Hər ay minimum olaraq 250 manat aliment ödəmişdir. Sonradan cavabdeh işdən çıxdığından və işləyib-işləmədiyi barədə bir məlumat olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulü dəyişdirilərək, alimentin məbləğinin sabit pul məbləğində müəyyənləşdirilməsi üçün Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(015)-514/2021 saylı qətnaməsi ilə hər ay 130 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi gət edilmişdir. Uşaq məktəbə gedir və maddi cəhətdən saxlanması uşağın təhsili, geyimi, səhhəti ilə əlaqədar xərclər olduqca baha başa gəlir ki, ödənilən aliment məbləği bunları ödəmir və özü də tək başına ödəyə bilmir. Cavabdeh isə uşağın saxlanması üçün heç bir iş gormur. Uşağın saxlanılmasında valideyinləri köməklik edirlər. Cavabdeh qazancını gizlədir və onun kifayət qədər qazancı var. Ona görə də Cavabdeh ilə birgə nikahlarından 18 oktyabr 2016-ci il tarixdə anadan olmuş X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərk bildirdi ki, o hərbi hissədə işləyən vaxt alimneti ödəyirdi, lakin müqaviləsinin müddəti bitdiyi üçün hazırda heç bir yerdə işləmir və alimentin ödənilməsində çətinlik çəkir. Eyni zamanda yenidən rəsmi qaydada ailə həyatı qurmuş və 13.02.202-ci il tarixdə X3 adlı bir övladı dünyaya gəlmişdir. Ona görə də gəlirinin olmamasını nəzərə alaraq İddiaçı iddia tələbini qəsmən təmin edilməsini və 18 oktyabr 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 120 manat aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılnmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin faktiki birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuş və həmin uşaq iddiaçının himayəsindədir. iş materiallarına əlavə olunmuş qətnamənin sürətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(015)-514/2021 saylı qətnaməsi ilə hər ay 130 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi gət edilmişdir. iş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətinən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı 13 may 2020-ci il tarixdə 33 nömrəli qeydlə nikah pozulmuşdur. iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Ağstafa rayonunun Düzqışlaq kəndində yaşayır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(015)-514/2021 saylı qətnaməsi ilə hər ay 130 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi gət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin faktiki nikahından xx.xx.2016-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(015)-514/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2016-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 250 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını 160 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay 160 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 39,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(015)-514/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2016-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-374/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-374/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver