Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-380/2023 25.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X23 Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xeyrinə 17 iyul 2011-ci ildə anadan olmuş qızı X9 və oğlu X1 üçün hər ay hər biri üçün 136 manat ümumilikdə 272 mana ttutulan alimentin və müalicə-müainə xərclərinin miqdarı azaldılması və cavabdehin xeyrinə 17 iyul 2011-ci ildə anadan olmuş X9 və oğlu X1 üçün hər ay hər biri üçün100 manat ümumilikdə 200 manat miqdarında aliment, müainə və müalicə xərclərinin ödənilməsi üçün hər ay hər uşaq üçün 15 ümumulikdə 30 manat olmaqla cəmi 230 manat miqdarında pul tutularaq odənilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(104)-3774/2017 saylı qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə 17 iyul 2011-ci ildə anadan olmuş qızı X9 və oğlu xx.xx.2014-cu tarixində anadan olmuş X2 üçün hər ay hər biri üçün 136 manat ümumilikdə 272 manat miqdarında aliment və Ağstafa Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(015)-1059/2022 saylı qətnaməsinə əsasən alimentdən əlavə 17 iyul 2011-ci ildə anadan olmuş qızı X9 və oğlu X4 müainə və müalicə xərclərinin ödənilməsi üçün hər ay hər uşaq üçün 25 manat ümumulikdə 50 manat tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin və müalicə-müainə xərclərinin miqdarı təyin olunan vaxt o da öz mülahizəsini yürütmüşdü. Belə ki, onun halhazırda aylıq gəliri 300 manat təşkil edir və o həmin məbləğdə aliment müalicə və müainə xərclərinin ödəyə bilməyəcəyinin bildirmişdir.Çünki onun başqa yerdən gəliri yoxdur. Bundan başqa onun X13 ilə Ağstafa RİHB-nın Qıraq Kəsəmən kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən 11 yanvar 2018-ci il tarixli 1 nömrəli qeydə alınmış nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı iki qız övladı vardır. Onun ailə həyatı o qədər dəyişib ki, o, əvvəlki miqdarda təyin olunmuş aliment ödəyəndə, nəyinki özünün hətta X12 ilə 11 yanvar 2018-ci il tarixli 1 nömrə ilə qeyd olunmuş nikahdan xx.xx.1993-cü il döğum tarixli X6 və xx.xx.2021-ci il təvəllüdlü X11 yaşamağına, müalicə və yaşadığı mülkiyyətinin təsərrüfatına çəkilən xərcləri ödəyə bilmir. Belə çıxır ki onun ikinci nikahdan olan uşaqlarını gözü-görə acından olümə məhkum edilib və bunu carəsizcə izləməkdən başqa heç bir carəsi yoxdur. Bundan başqa bildirdi ki, Azərbayca Respublikiasının qanunverciliyinə əsasən ölkə vətəndaşları Dövlət tərəfindən sığortalanıb və müainəl və müalicələr Dövlət tərəfindən aparılır. O bu məbləği ödəmək üçün cinayət etməkdən başqa yolu yoxdur. Lakin o onuda bacarmır. Onun aylıq gəliri bəlli oncu həmin məbləği 4 uşaq arasında ədalətli ş\əkildə bolünməlidir. Elə bölgü olsun ki, heç bir uşağın normal qidalanmaq haqqı pozulmasın. Ona görə də cavabdehin xeyrinə 17 iyul 2011-ci ildə anadan olmuş qızı X9 və oğlu X1 üçün hər ay hər biri üçün 136 manat ümumilikdə 272 mana ttutulan alimentin və müalicə-müainə xərclərinin miqdarı azaldılması və cavabdehin xeyrinə 17 iyul 2011-ci ildə anadan olmuş X9 və oğlu X1 üçün hər ay hər biri üçün100 manat ümumilikdə 200 manat miqdarında aliment, müainə və müalicə xərclərinin ödənilməsi üçün hər ay hər uşaq üçün 15 ümumulikdə 30 manat olmaqla cəmi 230 manat miqdarında pul tutularaq odənilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh bildirdi ki, uşağa baxdığına görə işləyə bilmir, belə vəziyyətdə uşaq maddi ehtiyaclarını ödəmək onun üçün çətindir. Həmçinin himayəsində xəstə valideyininə baxır, başqa yerdən gəlir yeri yoxdur. Ona görə də İddiaçı tutulan alimentin azaldılmasına razı deyil. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1059/22 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xeyrinə 17 iyul 2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cu tarixində anadan olmuş X4 müayinə və müalicə xərclərinin ödənilməsi üçün 15 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 25 manat olmaqla iki uşağa görə hər ay 50 manat tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş matriallarında olan xx.xx.2022-ci il tarixli 126/g nömrəli arayışdan görünür ki, həqiqətən də İddiaçı ailə tərkibi X3 Hüsniyyə Mansur qızı və X8r. İş matriallarında olan xx.xx.2022-ci il tarixli 125/g nömrəli arayışdan görünür ki, İddiaçı Qıraq Kəsəmən kəndində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən edilməsindən azad edə bilər. Qanundan göründüyü kimi alimentin miqdarının müəyyən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik, o cümlədən tərəflərin diqqətəlayiq başqa maraqları aliment ödəməkdən azad etmə üçün əsas ola bilər. Lakin alimentin miqdarının müəyyən edilməsindən sonra tərəflərin heç birinin ailə və maddi vəziyyətində dəyişiklik baş verməmişdir. İddiaçı aliment ödənilməsindən azad edilməsinə əsas verən diqqətəlayiq başqa maraqlar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması barədə” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-380/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-380/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver