Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-392/2023 26.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərcin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə faktiki nikahlarındanxx.xx.2019-cu il tarixdə andan olmuş İnci adlı uşağının saxlanması üçün cavabdehdən Ağstafa Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(015)-269/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılatraq Yaşayış minimuna uyğun, yəni 220 manat müəyyən edilməsi və uşağın müalicəsi üçün hər ay 125 manat əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasındaiştrak edən İddiaçı bildirdi ki, o xx.xx.2007-ci ildə iş üzrə Cavabdeh ilə ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirmi.lər. Faktiki nikahlarından xx.xx.2019-cü il tarixində İnci adlı bir nəfər uşaqı anadan olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri əvəllcə normal olsada sonradan baş vermişm ziddiyətlər ailəsinin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin anası və bacısı onların ailə işlərinə qarışdığı üçün və cavabdehin ailədə olan problemləri və məsələləri həll etməməsi faktiki olaraq ailəsinin dağılmasına səbəb olmuşdur. Onu cavabdeh xx.xx.2019cu il tarixdə ailəsini bərpa etmək əvəzinə döymüş və təhqir etmişdir. Uşağını və ona məxsus qızıl-zinət əşyaları da əlindən alaraq evdən qovmuşdurlar. O məcbur olub atası evinə getmişdir. Uşağın atalığı müəyyən olunmadığı üçün Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə atalıq müəyyən edilmişir.Bundan başqa cavabdeh aliment öhdəliklərini icra etməmiş və Ağstafa rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə 130 manat aliment tutularaq ona verilməsi gət edilmişdir.Bundan sonra uşağa saxlamaqda çətinlik çəkdiyi üçün alimentin artırılması ilə bağlı Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 18 mart 2020-ci il tarixli 2(015)269/2020 saylı qətnaməsinə əsasən Cavabdeh bir uşağı saxlanması üçün 170 manat aliment tutularaq ona verilməsi gət edilmişdir. Bundan aşqa uşağın sağlam yaşaması üçün, aylıq müayinə və müalicə üçün hər ay 250 manat pul tələb edilir ki, həmin məbləğidə təkbaşına ödəyyə bilmir. 170 manat alimentlə uşağının normal qidalanmasını,sağlam şəraitin təmin edilməsi mümkünsüzdür. Ona görə də cavabdehlə faktiki nikahlarındanxx.xx.2019-cu il tarixdə andan olmuş İnci adlı uşağının saxlanması üçün cavabdehdən Ağstafa Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(015)-269/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılatraq Yaşayış minimuna uyğun, yəni 220 manat müəyyən edilməsi və uşağın müalicəsi üçün hər ay 125 manat əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Cavabdeh etiraz edərək bildirdi ki, 170 manat alimenti dərəcədə çətinliklə ödəyir, bekə ki, o hazirda "xxxx" MMC-ti firmasında mühafizəçi işləyir və ayda cəmi 300 manat əmək haqqı alır və ondan başqa gəliri yoxdur. Eyni zamanda boşandıqdan sonra X3 ilə ailə həyatı qurmuş və xx.xx.2022-ci il tarixdə Xədicə adlı bir ovladı anadan olmuşdur.Həmin uşaq “iki tərəfli bud-çanaq oynaının displaziyası” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir.Onun müalicəsi üçün kifayət qədər vəsait tləb olunur. Ailsəsində ondan başqa işləyən yoxdur. Ona görə də iddia tələbibinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin faktiki birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuş və həmin uşaq iddiaçının himayəsindədir. iş materiallarına əlavə olunmuş qətnamənin sürətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(015)-838/2019 saylı qətnaməsi ilə hər ay 130 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi gət edilmişdir. iş materiallarına əlavə olunmuş qətnamənin sürətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(015)-269/2020 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq hər ay 170 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi gət edilmişdir. iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Ağstafa rayonunun Qarahəsənli kəndində yaşayır. iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X5 “iki tərəfli bud-çanaq oynaının displaziyası” diaqnozu ilə müalicə olunmuşdur. iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi işləyir və əmk haqqı 361,14 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(015)-838/2019 saylı qətnaməsi ilə hər ay 130 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi gət edilmişdir. Bundan sonra Ağstafa Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(015)-269/2020 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq hər ay 170 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi gət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqlarının saxlanması üçün ondan aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağın müalicəsi üçün hər ay 125 manat əlavə xərc tələb etsə də, uşağın xəstəliyi barədə barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, mülki işdə əlavə xərcin tutulması üçün heç bir sübut yoxdur. Məhkəmə hesab edir ki, aliment bir üçün 180 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay bir uşağına 180 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və hesab edir ki, alimentin miqdarının bir uşaq üçün 180 manat məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(015)-269/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, İddiaçı oğlundan xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün hər ay 125 manat əlavə xərclər tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını 180 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay 180 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 41,60 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(015)-269/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik ) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-392/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-392/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver