Məhkəmə qərarları › İş №2(015)-416/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-416/2023

10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-416/2023 10.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, iddiaçı Əzizəliyeva (Alyarova) Elnarə Məhərrəm qızının iştirakı ilə, İddiaçı Əzizəliyeva (Alyarova) Elnarə Məhərrəm qızının Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əzizəliyeva (Alyarova) Elnarə Məhərrəm qızı Məhkəmədə iddia qaldıraraq, Ağstafa Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(015)-1047/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirilərək, Cavabdeh Malik və Nurlan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün bütün nov gəlirlərinin (qazancının) 1/3 hissəsi miqdarında aliment alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı Əzizəliyeva (Alyarova) Elnarə Məhərrəm qızı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə xx.xx.2006-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Malik, xx.xx.2010-cu il tarixdə Nurlan adlı uşaqları anadan olmuşdur.Cavabdeh və cavabdehin valideyinin birbaşa təqsirinə qəbuledilməz son dərəcə pis hərəkətləri ucbatından ayrılmışlar və nikahları Ağstafa Rayon Məhkəməsinin 2(015)-45/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə məhkəmə qaydasında pozulmuşdur.Uşaqların saxlanması üçün cavabdehdən hər uşaq üçün 130 manat miqdarında aliment tutulub ona verilməsi barədə Ağstafa Rayon Məhkəməsi tərəfindən 2(015)-1047/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnamə çıxarılmışdır. Hər bir uşaq üçün 130 manat aliment hazırki dövr üçün olduqca aşağı məbləğdir, uşağların təhsil, müalicə və zəruri xərclərini ödəmir. Cavabdehin maddi imkanı çox yaxşıdır lakin heç bir köməklik etmir. Hesab edir ki, alimentin məbləği dəyişdirilərək, cavabdehin bütün növ qazancınınn miqdarında aliment tutulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Xəzər X5 Səhmdar Cəmiyyətində işləyir və aylıq qazancı 1097 manat təşkil edir. Əlavə olaraq məzuniyyət ödənişi və digər ödənişlər alır. Cavabdehin qazancı həm aylıqdı, həm əlavə olaraq dəyişkən və yüksək səviyyədədir. Aylıq qazancı, minimum 1500-2000 manat olur. O isə anasının və qardaşının əlinə baxır və vəziyyəti olduqca çətindir. Ona görə də Ağstafa Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(015)- 1047/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirilərək, Cavabdeh Malik və Nurlan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün bütün nov gəlirlərinin (qazancının) 1/3 hissəsi miqdarında aliment alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə Əzizəliyeva (Alyarova) Elnarə Məhərrəm qızının faktiki birgə nikahlarından xx.xx.2010-cü il təvəllüdlü X3 və xx.xx.2007-cı il təvəllüdlü X4 adlı iki övladlar anadan olmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-45/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə Əzizəliyeva (Alyarova) Elnarə Məhərrəm qızı ilə Cavabdeh nikahları pozulmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-1047/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X1 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması gət edilmişdir. İş materiallarında olan şəxsi məlumatlar haqqında arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Xəzər X5 Səhmdar Cəmiyyətində qaynaqçı, elektrik qövsü vəzifəsində işləyir. Onun aylıq əmək haqqı maaşı 1257 manatıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qanunvericiliyə əsasən aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud hər hansı digər səbəbdən alimentin valideynin qazancından, başqa sözlə desək, gəlirin müəyyən hissə kimi tutulması mümkün olmadığı və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqısı vardır, aylıq qazancı müntəzəmdir. Ona görə də Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsisinin miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X7 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 5028 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 70,28 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 may 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2007-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində aliment Əzizəliyeva (Alyarova) Elnarə Məhərrəm qızına ödənilsin. Cavabdeh 70,28 (yetmiş manat iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar