Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-440/2023 17.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələblər irəli serməyən üçüncü şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq, Ağstafa rayon Notariat Kontorunda 23 may 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, 23 may 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən o mülkiyyətində olan Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Belə ki Cavabdeh onun digər evladlarından fərqli olaraq Rusiya Federasiyasının Tumen vilayətinin Koqalım şəhərində işləmiş və maddi vəziyyəti yaxşı olduğundan ona mütamadi yardım etdiyindən üzunə qarşı daha anasının və onun məhəbbətini qazanmışdır. Sonuncu dəfə 2014-cü ildə Azərbaycana birdəfəlik gələrək Azərbaycanda ailə qurmasını bildirmiş və evi olmadığından o özünə məxsus evi onun adına bağışlamaq qərarına gəlmişdir. Bağışlama müqaviləsindən təminən 1 il keçdikdən sonra o evlənmiş və bir neçə il ərzində aralarında heç bir münaqişə olmamışdır. Lakin sonradan cavabdeh və gəlini ona və yoldaşına qarşı aqresivləşərək, müəyyən hallarda hətta onları söyüb təhqir etməkdən əlavə onlara bədən xəsarətləri yetirmişlər. Cavabdeh onun oğlu olduğuna görə onu hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Oğlu bir necə il bundan əvvəl ailəsi ilə birlikdə Ağstafa rayonu Köçəsgər kəndində aldığı bir evə köçərək ondan aralarınmağına baxmayaraq mütamadi olaraq arvadı ilə onlara gəlib əvvəlki əməllərini və hərəkətlərini davam etdirdiyindən o artıq cana boğaza yığıldığından yeni səbri tükəndiyindən məhkəməyə müraciət etək məcburiyyətində qalmışdır. Ona görə Ağstafa rayon Notariat Kontorunda 23 may 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizəsini təqdim edib izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Bağışlama müqaviləsinin ləğv edilməsinə etiraz etmir. Ona görə də nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 may 2014-cü il tarixli müqavilədən görünür ki, İddiaçı DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli çıxış nömrə 955 saylı arayışına və Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən mülkiyyətində 0,0665 ha torpaq sahəsi olan 1 mərtəbəli, 2 otaq 146,2 kv.m ümumi 50.2 kv.m və 96 kv.m yardımcı sahəsindən ibarət yaşayış evini torpaq sahəsi ilə birlikdə oğlgu Cavabdeh bağışlamışdır. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, iddia tələbini qəbul edir və təmin olunmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ağstafa rayonu Köçəsgər kənd sakinidir və Köçəsgər kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli çıxış nömrə 955 saylı arayışına və Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən mülkiyyətində 0,0665 ha torpaq sahəsi olan 1 mərtəbəli, 2 otaq 146,2 kv.m ümumi 50.2 kv.m və 96 kv.m yardımcı sahəsindən ibarət yaşayış evini torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh bağışlamışdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçıya qeyri-yaşayış binasını satılması cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Məhkəmə, iş materiallarını araşdırıb sübutları məcmu halında qiymət berərək hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən, iddia təmin olunmalı, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan İddiaçı ilə Rusiya Federasiyasının Tumen vilayətinin Koqalım şəhəri, Novosorov küçəsi ev 3, mənzil 7-də qeydiyyatda olan Cavabdeh arasında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli çıxış nömrə 955 saylı arayışına və Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən mülkiyyətində 0,0665 ha torpaq sahəsi olan 1 mərtəbəli, 2 otaq 146,2 kv.m ümumi 50.2 kv.m və 96 kv.m yardımcı sahəsindən ibarət yaşayış evinə dair Ağstafa rayonu Notariat Kontorunda bağlanmış 23 may 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi ləğv edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan İddiaçı ilə Rusiya Federasiyasının Tumen vilayətinin Koqalım şəhəri, Novosorov küçəsi ev 3, mənzil 7-də qeydiyyatda olan Cavabdeh arasında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin xx.xx.2014cü il tarixli çıxış nömrə 955 saylı arayışına və Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən mülkiyyətində 0,0665 ha torpaq sahəsi olan 1 mərtəbəli, 2 otaq 146,2 kv.m ümumi 50.2 kv.m və 96 kv.m yardımcı sahəsindən ibarət yaşayış evinə dair Ağstafa rayonu Notariat Kontorunda bağlanmış 23 may 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-440/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-440/2023
17.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver