Məhkəmə qərarları › İş №2(015)-444/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-444/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-444/2023 08.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi (anası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Məhkəmədə iddia qaldıraraq, Gəncə Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(104)-2275/2021 saylı qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə tutulan alimentin ödəmə üsulunun dəyişdirilərək alimentin cavabdehin aylıq əmək hqqının qanunla 2 uşaq üçün nəzərdə tutulan 1/3 hissəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi və vəkili Nümayəndə təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı Cavabdeh ilə 2007-ci ildə rəsmi nikahla ailə qurmuş və həmin nikahdan xx.xx.2008-ci il tarixdə Xalidə və xx.xx.2010-cu il tarixdə Hüseyn adlı iki uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iki uşaq üçün 350 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilərək alimentin məbləği iki uşaq üçün 260 manat təyin edilmişdir. Əvvəlki aliment məbləği müəyyən edilərkən cavabdeh işsiz olmuş, hazırda isə cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) minatəmizləyən işləyərək ayda 620 manat əmək haqqı alır. İddiaçı təyin olunmuş alimentin miqdarı ilə uşaqlarını saxlaya bilmir. Ona görə də Gəncə Apelyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(104)-2275/2021 saylı qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə tutulan alimentin ödəmə üsulunun dəyişdirilərək alimentin cavabdehin aylıq əmək haqqının qanunla 2 uşaq üçün nəzərdə tutulan 1/3 hissəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi X3 təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən X3 iddiaya etiraz edərək bildirdi ki, iddiaçının əmək haqqı Cavabdeh əmək haqqından yüksəkdir. Uşaqların saxlanması və tələbatlarının ödənilməsi isə hər iki valideyinin üzrəninə düşür. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 586/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh bir uşaq üçün 175 manat olmaqla iki uşaq üçün 350 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi gət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2275/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)- 318/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Həsənov X6 Respublikasıının Minatəmizləmə Ağentliyində (ANAMA) minatəmizliyən işləyərək ayda 630 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qanunvericiliyə əsasən aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud hər hansı digər səbəbdən alimentin valideynin qazancından, başqa sözlə desək, gəlirin müəyyən hissə kimi tutulması mümkün olmadığı və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqısı vardır, aylıq qazancı müntəzəmdir. Ona görə də Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsisinin miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X10 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 2.520 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 45,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 08 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində aliment İddiaçı ödənilsin. Cavabdeh 45,20 (qırx beş manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar