Məhkəmə qərarları › İş №2(015)-480/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-480/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-480/2023 06.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2(104)-2631/2020 saylı qətnaməsinə əsaən müəyyən edilmiş 180 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 09 iyul 2010-cu il təvəllüdlü X3 və 28 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə 07 noyabr 2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahılarından iki övladları - 09 iyul 2010-cu il təvəllüdlü X3 və 28 avqust 2011-ci il təvəllüdlü X4 anadan olmuşlar. Ağstafa Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındaki nikah pozulmuş, 09 iyul 2010-cu il təvəllüdlü X3 və 28 avqust 2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışdır. Ağstafa Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarıxli 2(015)- 1739/2017 saylı qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə Yusif və Sona adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh ona qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 06 sentyabr 2017-ci il tarixli 2(015)-1739/2017 saylı qətnaməsində dəyişiklik edilərək alimentin məbləğinin onun aylıq gəlirinin 1/3 hissəsi həcimində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(015)-125/2020 saylı qətnaməsi ilə Cavabdeh həmin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(104)-2631/2020 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(015)- 125/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılıb Ağstafa Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarıxli 2(015)-1739/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 200 manat aliment məbləği dəyişdirilərək, hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat məbləği müəyyən edilmişdir. Həmin məbləğ uşaqların maddi ehtiyaclarının təmin olunması üçün kifayət etmir. Belə ki, uşaqlar artıq böyüyüblər, onların tələbatları artıb. Uşaqlara geyim paltarlarının, məktəb ləvazimatlarının, gündəlik məişət əşyalarının və ərzaq məhsullarının alınması, habelə hazırlıq kurslarına görə ödənişlərin olunması üçün kifayət qədər vəsait tələb olunur. O, isə həmin tələbatları təkbaşına qarşılaya bilmir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2(104)-2631/2020 saylı qətnaməsinə əsaən müəyyən edilmiş 180 manat məbləğində alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 09 iyul 2010-cu il təvəllüdlü X3 və 28 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Onun anası Reyhan Məmmədova etibarnamə olmadan öz adından məhkəməyə ərizə göndərərək iddia tələbini qəbul etməməsini, oğlunun birinci qrup əlil olmasını, eyni zamanda oğlunun ikinci dəfə ailə həyatı qurmasını, həmin nikahdan da iki uşağının olmasını bildirərək bu səbəbdən 180 manat məbləğində alimentin dörd uşaq arasında bölünməsini xahiş etmişdir. Məhkəmə, Rəna Məmmədovanın ərizəsini iş materiallarına əlavə edərək, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib ,iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin faktiki birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuş və həmin uşaq iddiaçının himayəsindədir. İş materiallarına əlavə olunmuş qətnamənin sürətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(015)-807/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş qətnamənin sürətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(104)-2631/2020 saylı qətnaməsi ilə 10 fevral 2020-ci il tarixli 2(015)-125/2020 saylı qətnaməsi ləğv edilmiş, Ağstafa Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(015)-1739/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutularaq cavabdeh İddiaçı verilməli olan hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin faktiki nikahından xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(104)-2631/2020 saylı saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün160 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 51,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(104)-2631/2020 saylı saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 51,20 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar