Məhkəmə qərarları › İş №2(015)-490/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-490/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-490/2023 12.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsinin icra üsulunun dəyişdirilib faizlə müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Məhkəmədə iddia qaldıraraq, Cavabdeh 30 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onun cavabdehlə nikahları 26 may 2016-cı ildə Ağstafa Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə birgə nikah münasibətlərindən 30 iyul 2014-cü ildə X5 adlı uşağı anadan olmuşdur. Həmin qətnaməyə əsasən cavabdehdən 30 iyul 2014-cü ildə anadan olmuş X1 üçün 80 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh hazırda Azərbayacan Respublikasıının Minatəmizləmə Ağentliyi (ANAMA) X7 işləyir və oradan əmək haqqı alır. Ona görə də Cavabdeh 30 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştrak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, həqiqətən də ANAMA-da mühəndis vəzifəsində işləyir və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cu il təvəllüdlü X5 oğlu adlı bir övladlar anadan olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 26 may 2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh bir uşaq üçün 80 manat məbləğində alimentinin tutularaq İddiaçı verilməsi gət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Xəlilov X2 Respublikasıının Minatəmizləmə X6 Şəxsində mühəndis (partlayıcı maddələr üzrə) vəzifəsində işləyərək ayda 1.080 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qanunvericiliyə əsasən aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud hər hansı digər səbəbdən alimentin valideynin qazancından, başqa sözlə desək, gəlirin müəyyən hissə kimi tutulması mümkün olmadığı və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqısı vardır, aylıq qazancı müntəzəmdir. Ona görə də Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsisinin miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən alimentin alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 3.240 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 52,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 26 may 2016-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirililsin Cavabdeh 12 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) dördə bir hissəsində aliment İddiaçı ödənilsin. X3 52,40 (əlli iki manat qırx qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar