Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-528/2023 22.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, iddiaçı Babayeva (Həmişəyeva) Gülxırda Niyazi qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Babayeva (Həmişəyeva) Gülxırda Niyazi qızının Cavabdeh qarşı “aliment tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 220 manat sabit pul məbləğində alimentin, habelə cavabdehdən ona maddi cəhətdən köməklik edilməsi məqsədi ilə xx.xx.2021-ci təvəllüdlü X1 3 yaşına çatana qədər hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənliməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə nikahlarin xx.xx.2020-ci il tarixdə rəsmiləşdirdikdən sonra xx.xx.2020-ci ildə evlənmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Polad adlı övladı anadan olmuşdur. Həmin uşaq hazırda onun himayəsində yaşayır. Cavabdehn oğlu ilə ailə münasibətlərinin pozulması ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən ayrı yaşayırlar. Qazax Rayon Məkhəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-1243/21 saylı məhkəmə əmrinə əsasən cavabdehdən 13 iyul 2021-ci tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub xx.xx.2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi əmr edilmişdir. Ağstafa Rayon məhkəməsinin qətnaməsinə əsasən aralarındda olan nikah pozulmuşdur. Cavabdehdən tutulan qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin məbləği oğlu Poladın tələbatlarına yetərli deyildir. Həmin məbləğ Polad adlı uşağı saxlamaqda çətinlik çəkir, uşaq böyüdükcə onun tələbatları da artır, o, isə tələbatları qarşılaya bilmir. Bundan başqa övladı Polad üç yaşna çatmamışdır. Hesab edir ki, cavabdeh ona maddi cəhətdən köməklik göstərməkdən imtina etdiyi üçün uşağın doğuldu ğundən üç il müddət keçmədiyindən və uşağı təkbaşına o saxladığından cavabdehdən 100 manat sabit pul məbləğində aliment də tutulub verilməlidir. Ona görə də Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 220 manat sabit pul məbləğində alimentin, habelə cavabdehdən ona maddi cəhətdən köməklik edilməsi məqsədi ilə xx.xx.2021-ci təvəllüdlü X1 3 yaşına çatana qədər hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehn oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, maddi imkanı olduqca çətindir. Belə ki, aylıq əmək haqqı cəmi 480 manat təşkil edir. Ona görə də iddia tələbibinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 adlı bir uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh operator tərcüməçi vəzifəsində işləyir və əmək haqqı 528 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Qazax Rayon Məkhəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-1243/21 saylı məhkəmə əmrinə əsasən cavabdehdən 13 iyul 2021-ci tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub xx.xx.2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi əmr edilmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə həmin maddədə istifadə olunan “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdehin aylıq qazancının məbləğinin 528 manat təşkil etməsi alimentin miqdarının qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin məbləğində müəyyən edilməsinə mane olmur. Odur ki, qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan verəcək. O cümlədən Məhkəmə həmin maddədə istifadə olunan “diqqətəlayiq olan digər hallar” ifadəsini vurğulayaraq qeyd edir ki, uşağın saxlanması bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsi alimentin miqdarının müəyyən edilməsində onun diqqətəlayiq mənafeyi kimi nəzərə alınmalıdır. Məhkəmə qərarlarının icrası təcrübəsindən bəllidir ki, bir sıra hallarda valideynlər aliment ödəməkdən yayınmaq üçün ya daha az əmək haqqı olan işə keçir, ya da qeyrirəsmi işləməklə özünü işləməyən şəxs kimi təqdim edir. Ona görə də alimentin miqdarı valideyinin rəsmi qazancının məbləğinə görə deyil, onun qazanc əldə etmək imkanlarına (qabiliyyətinə) görə müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəada istifadə olunun “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini əsaslanaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Valideyinin qazancının olmaması və ya əldə etdiyi qazancın məbləğinin uşağın ehtiyacları üçün tələb olunan xərclərin məbləğindən az olması onu uşağın saxlamaq vəzifəsindən azad edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Babayeva (Həmişəyeva) Gülxırda Niyazi qızının Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbinə” dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-528/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-528/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver