Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-558/2023 10.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək X8 ilə birgə yaşadığı dövrdə anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 220 manat miqdarında onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdeh X8 ilə 2012-ci il tarixdə ailə qurmuşdur. Cavabdehlə nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə faktiki nikahdan xx.xx.2013-cü il tarixdə X2 adlı uşağı anadan olmuşdur. Cavabdehlə əvvəllər ailə münasibətləri yaxşı olsa da sonradan cavabdehin ailəyə olan mənfi münasibətinə görə ayrılmaq məcburiyyətində olmuşdur. Artıq 2016-cı ilin fevral ayından cavabdehlə ayrı yaşayır. Hal-hazırda övladı onun himayəsində olmaqla atasına məxsus evdə yaşayır. Qazax Rayon Məhkəməsinin 2(015)- 1587 saylı 14 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş Yağmur adlı uşağın atasının X8 olduğu müəyyən olunmuş və bir uşağın saxlanılması üçün əmək haqqının ¼ hissəsi miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh X8 Bakı şəhərində taxi şirkətlərinin birində işləməklə yüksək məbləğdə qazanc əldə edir. Cavabdeh uşağın saxlanılması üçün öz öhdəsinə düşən valideyinlik borcunu yerinə yetirmir. Ona görə də, X8 ilə birgə yaşadığı dövrdə anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 220 manat miqdarında onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə prosessində iştirak edən cavabdeh X8 iddia tələbinin təmin olunmamasını xahiş etmiş, sonuncu məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Qazax Rayon Məhkəməsinin 14 iyul 2016cı il tarixli 2(023)-1587/2016 saylı qətnamədən görünür ki, 19 iyul 2013-cü ildə andan olmuş Yağmur adlı uşağın atasının X8 olduğu müəyyən edilmiş və Yağmur adlı uşağın saxlanılması üçün 14 iyun 2016-ci il tarixdən başlayaraq X5 əmək haqqının ¼ hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə X2 adlı uşaq döğulmuş və ata qrafasında Cavabdeh , ana qarfasında isə İddiaçı kimi qeyd edilmişdir. İş materiallarına olan 19 avqust 2016-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 iyul 2013-cü il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarına xx.xx.2023-cü tarixli 285/g saylı arayışdan görünür ki, İddiaçı Ağstafa rayonun Eynallı kəndində yaşayır. İş materiallarına xx.xx.2023-cü tarixli 284/g saylı arayışdan görünür ki, xx.xx.2013cü il tarixdə X2 adlı uşaq anası İddiaçı himayəsində yaşayır. Bundan əvvəlki qətnamə ilə qət edilib ki, aliment qazancın (gəlirin) müəyyən hissəsi formasında tutulsun. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunub ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. O cümlədən Mülki-Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibar ilə miqdarın dəyişməsinə səbəb olur. Alimentin tutulması formasının dəyişdirilməsi (alimentin qazancın müəyyən hissəsi forması əvəzinə sabit pul məbləği formasında tutulması) Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən görünür ki, bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Məhkəmə yuxarıda qeyd olunanları, qanunla uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin uşağına görə hər ay yaşayış minimumu nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, cavabdeh X3 xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını 200 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay 200 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdeh X3 44 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qazax Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli 2(023)-1587/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh X3 hər ay 200 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən olunmuş 44 manat məbləğində dövlət rüsumu X3 tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-558/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-558/2023
10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver