Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-562/2023 13.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad üçün aliment tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu gündən üç il ərzində hər ay cavabdehin və gəlirinin 4/1 hissəsində və əlavə olaraq müalicə və müainə üçün 100 manat aliment tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdir ki, Cavabdeh ilə 2022-ci il də ailə qurmuşdur. Nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər. Ailə qurarkən cavabdehin artıq ondan əvvəl ailəli olub boşandıgını və birinci nikahdan iki uşagı olduğunu bilməmişdir. Lakin normal əmək haqqı almasına rağmən evə az pul gətirməsinin səbəbini soruşanda əvvəlki nikahdan olan uşaqlara hər ay aliment ödədiyini bildirmişdir. Hazırda onun hamiləyi son dərəcədə agır kecir, bu səbəbdən müayinə və müalicəsi ücün müəyyən məbləğdə vəsait tələb olunur. Lakin cavbdeh bunu qarşılamaqdan boyun qaçırır. O, atasından hər dəfə müayinə və müalicə ücün pul almaq məcburiyətində qalır. Atası onu bu yaşa kimi böyüdüb indi isə bətnindəki uşağın xərcini cəkməlı deyil. Uşağın xərclərini atası cəkməlıdir. Ona görə də hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu gündən üç il ərzində hər ay cavabdehin gəlirinin 4/1 hissəsində və əlavə olaraq müalicə və müayinə üçün 100 manat aliment tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, tərəflər xx.xx.2022-ci il tarixində nikah bağlamış, bu nikah Tovuz regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixli, 1211 nömrəlı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan X1 arayışından görünür ki, uşağın təxmini doğuş günü xx.xx.2023-cü il tarixə düşür. Belə ki, Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. İddianın mübahisələndirilən hissədə hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməlı olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, uşağın xəstəliyinə görə cavabdehdən pul vəsaiti tutarkən bununla əlaqədar “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı ilə verilmiş izahı nəzərə alınmalıdır. Belə ki, həmin Qərara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Qərarda izah olunmuşdur ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdAlıkləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdAlıklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəlı olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlımləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Şərh olunanlardan göründüyü kimi əlavə xərclər tibbi xidmətlər, sağlamlığın müdafiəsi və sair bu kimi hallarda nəzərdə tutula bilər. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə uşağın xəstəliyinin Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallarına aid olması və ya qeyd olunan maddənin rəsmi şərhinə uyğun uşağa xidmətlərin göstərilməsi, ümumiyyətlə xəstəliyin müalicəsi ilə bağlı hər hansı xərcin çəkilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı “hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad üçün aliment tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-562/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-562/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver