Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-608/2024 04.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci il tarixdə qeyri rəsmi qaydada ailə qurmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə xx.xx.2013-cü il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğunlaşmadığından ayrılmışlar. Ayrıldıqları gündən övladları onun himayəsindədir. Sonuncu dəfə Ağstafa Rayon Məhkəməsinin 2(015)-446/2015 saylı, 23 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanması üçün 06 mart 2015-ci il tarixdən başlayaraq cavabdehin hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin zaman hərbi qulluqçu olmaqla əmək haqqı almış, lakin hazırda işdən çıxmış və fərdi əməklə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə edir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1130/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən övladı ilə Cavabdeh ünsiyyətdə olması ilə bağlı qətnamə qəbul edilmiş, bundan sonra o, cavabdehlə öz aralarında razılığa gəlmiş, belə ki, o, alimentdən imtina etmiş, cavabdeh isə övladları ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. Hazırda övladının tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanılması ilə bağlı maddi yardım göstərmir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, tərəflər arasında müvafiq məhkəmə qətnamələri mövcuddur. Həmin qətnamələr uşağın atalığının müəyyən olunması, aliment və uşaqla ünsiyyət hüququna dair olmuşdur. Əvvəllər cavabdeh hərbi hissədə işlədiyinə görə müvafiq məvacib aldığı üçün uşağın saxlanılması üçün onun aylıq qazancının ¼ hissəsi aliment təyin edilmiş, daha sonra cavabdeh iddiaçıya qarşı iddia verərək uşaqla ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinə dair iddia qaldırmış və həmin iddia əsasında məhkəmənin müvafiq qətnaməsi ilə onun uşağı ilə ünsiyyətdə olması hüququnun həyata keçirilməsinə dair iddiası qismən təmin edilmişdir. Daha sonra isə iddiaçı və cavabdeh arasında razılığ olmuş, iddiaçı aliment tələbindən, cavabdeh isə uşaqla ünsiyyətdə olmaq tələbindən imtina etmişdir. İddiaçı hazırda uşağının tələbatını təkbaşına ödəyə bilmir. Belə ki, iddiaçının atası sağlığında uşağın saxlanılması ilə bağlı yardım etmiş, lakin hazırda o vəfat etmişdir. İddiaçı cavabdehin uşağı ilə ünsiyyətdə olmasına etiraz etmir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz ərizəsini təqdim edib göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Həmçinin o, ikinci dəfə ailə həyatı qurmuş və yeni evliliyindən 3 uşağı anadan olmuşdur. 100 manat aliment ödəməyə imkanı çatır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə münasibətlərindən 21 oktyabr 2013-cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-446/2015 saylı 23 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, 21 oktyabr 2013-cü il təvəllüdlü X1 atasının Qazax rayonunun Canallı kəndində qeydiyyatda olan Cavabdeh olması faktı təsdiq edilmiş və Cavabdeh Qədimzadə (Qasımova) Aylin Məftun qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 mart 2015-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Ağstafa Rayon Məhkəməsinin 2(015)-1130/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək 21 oktyabr 2013-cü ildə anadan olmuş X3 ilə ünsiyyətdə olmaq üçün görüş günləri təyin edilmişdir. Tərəflər ayrılmışlar və uşaq halhazırda iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl isə mediasiya prosesinə müraciət etmiş, lakin mediasiya prosesində heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 21 oktyabr 2013-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 10-cu ayının 31-ci günündə 269 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Eyni zamanda İddiaçı Cavabdeh tələb etdiyi hər ay 235 manat aliment ödəmək iqtidarında olmasını qeyd etsə də bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə cavabdehdən tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh 21 oktyabr 2013-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X6 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 1800 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 21 oktyabr 2013-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-608/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-608/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver