Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-612/2024 03.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində yaşayış evi vardır və ailəsi ilə birgə həmin evdə yaşayır. Onun oğlu-Nümayəndə 2020-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlamış, 2021-ci ildə oğlu müharibədən qayıtdıqdan sonra toyları olmuşdur. 2022-ci ilin aprel ayında Yusif adlı bir oğlan uşaqları anadan olmuşdur. Cavabdeh artıq bir ildir ki, valideynlərinin yanında yaşayır. 2024-cü ilin fevral ayında isə oğlu ilə cavabdehin Məryəm adlı bir uşaqları anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə uşağın saxlanılması üçün oğlundan aliment tutulması qət edilmişdir. Oğlu hər ay alimentini vaxtı-vaxtında ödəyir. Həmçinin ona məxsus evdə cavabdehin cehiz əşyaları var və həmin cehiz əşyaları evin təmir edilməsinə maneçilik törədir. Həmçinin həmin əşyaların yararsız hala düşmə ehtimalı var. Ona görə də iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyib iddia tələbinə etiraz ərizəsini məhkəməyə təqdim edib göstərdi ki, o, oğlunun yeddi aylığında bilmişdir ki, uşaq hemoliz xəstəsidir. Daha sonra o, ikinci uşağına hamilə olduqda həkimlər ona müalicəyə ehtiyacının olmasını bildirmiş, o, bu barədə həyat yoldaşı Musaya bildirdikdə o, maddi imkanının olmamasını və onu müalicə etdirə bilməyəcəyini bildirmişdir. Ona görə də uşağını müalicə etdirmək üçün anasının evinə getmişdir. Hətta onların ikinci uşaqları anadan olduqda Musa uşağı ilə maraqlanmamışdır. O, himayəsində iki uşaqla ailəsinin dağılmasını istəmir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək iddia tələbini qəbul etməsini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus Ağstafa rayonu Köçəsgər kəndində yaşayış evi vardır və ailəsi ilə birgə həmin evdə yaşayır. Onun oğlu Nümayəndə iş üzrə Cavabdeh ilə 06 avqust 2020-ci il tarixdə Ağstafa rayon Köçəsgər KİN-də 09 saylı qeydlə rəsmi nikah bağlamış, 2021-ci ilin yanvar ayında el adəti ilə ailə qurmuşlar. İddiaçının oğlu Musa cavabdehlə ailə qurduqdan sonra cavabdeh özünə məxsus cehiz əşyaları olan 2 ədəd tül pərdə və 4 ədəd ürək pərdə (üzlük), 2 ədəd kvadrat balınc, 6 ədəd uzunsov balınc, 1 ədəd mütəkkə, 2 ədəd sintefon yorğan, 1 ədəd iki nəfərlik çarpayı üçün yorğan, onun döşəyi və iki ədəd yorğan, 1 ədəd çarpayı örtüyü, 1 ədəd tək döşək, 1 ədəd yun örtük, 1 ədəd ayaqaltı kilim 1 metrə, 18 ədəd əl-üz dəsmalı və 4 ədəd can dəsmalı, 1 paçqa stəkan dəsmal, 6 ədəd yorğan üzü (çexol) və 8 ədəd döşəkağı, 1 ədəd böyük xalça, 2 ədəd kiçik xalça və 2 ədəd kilim, 1 ədəd iki nəfərlik yataq, 1 ədəd sandıqca, 2 ədəd tumbuçka, 1 ədəd termo, 1 ədəd qardirob, 1 ədəd qorka, 1 ədəd lüstur, 1 ədəd stol və 1 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd meyvə qabı, 1 ədəd sadə güldan, 1 ədəd qrafinka və 6 ədəd bakal zərli bagema, 1 ədəd xrustal güldan, 6 ədəd xrustal bakallar, 6 ədəd çay stəkanı, 2 ədəd qəndqabı, 6 ədəd stəkan, 6 ədəd rumka, 1 yemək dəst (nahar servizi), 6 ədəd ağ, 2 ədəd sarı nəlbəki, 6 ədəd şüşə kasa, 1 ədəd ləpə qabı (şüşə), 1 ədəd böyük və 4 ədəd meyvə bıçağı, 2 ədəd meyvə çəyirdəyi çıxaran, 1 ədəd setka qaşıq, 18 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd çay qaşığı, 1 ədəd “Samsung” tozsoran, 1 ədəd paltaryuyan (6 kq), 1 ədəd televizor, 2 ədəd şüşə meyvə qabı, 3 ədəd sini, 1 ədəd tərəvəz taxtası, 3 ədəd qırmızı qazan dəsti, 3 ədəd nejaveyka qazan, 1 ədəd ət doğrayan (çapacaq), 6 ədəd dəmir boşqab, 6 ədəd salat qabı, 6 ədəd pendir qabı, 6 ədəd yemək boşqabı, 2 ədəd 20 lt-lik şüşə qab, 1 ədəd şirəli ləyən, 2 ədəd şirəli vedrə, 2 ədəd dəmir vedrə, 1 ədəd ələk, 2 dəst paltar asmaq üçün sıxacaq (40 ədəd), 1 ədəd paltar şotkası, 1 ədəd plastmas vanna, 1 ədəd vedrə, 1 ədəd 60 lt aliminium qazan, 3 ədəd plastik su qabı, 1 ədəd toy çırağı onun evinə gətirmişdir. Həmin cehiz əşyaları iddiaçıya məxsus yaşayış evinin bir otağını tamamilə tutmuşdur. Cavabdeh və iddiaçının oğlu bir neçə vaxt birgə yaşasalar təxminən 1 ildir ki cavabdeh anasının evinə gedərək onunla birlikdə yaşayır. Lakin cavabdeh ayrılıb gedən zaman cehiz əşyalarını aparmamış, cehiz əşyaları iddiaçının evində qalmışdır. Cavabdehə məxsus cehiz əşyalarının iddiaçının evində qalması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdeh heç bir hüquqi əsas olmadan özünə məxsus əmlakları iddiaçının evində saxlamışdır. Mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cavabdehə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan İddiaçı hüquqlarının pozulması mənasına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbedə bilər. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, Cavabdeh məxsus cehiz əşyalarının saxlanıldığı Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olması, Cavabdeh iddiaçının oğlu Nümayəndə ilə 06 avqust 2020-ci il tarixdə Ağstafa rayon Köçəsgər KİN-də 09 saylı qeydlə rəsmi nikah bağlamaqla, 2021-ci ilin yanvar ayında el adəti ailə quraraq iddiaçıya məxsus adıçəkilən yaşayış sahəsinə özünə məxsus cehiz əşyalarını yerləşdirməsi, qeyd olunan yaşayış evində qısa müddət yaşaması və oranı tərk etməsi, lakin özünə məxsus cehiz əşyalarını orada saxlaması, həmçinin həmin əşyların iddiaçıya məxsus yaşayış evində saxlanması üçün iddiaçının öz üzərinə hər hansı bir öhdəlik götürməməsi, yaşayış evində cavabdehə məxsus cehiz əşyalarının qalması və könüllü olaraq oradan çıxarmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırması sübuta yetirildiyindən iddia əsaslıdır, təmin olunmalı, İddiaçı məxsus Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən fərdi yaşayış evində saxlanılan Cavabdeh məxsus cehiz əşyaları çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı məxsus Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən fərdi yaşayış evində saxlanılan Cavabdeh məxsus 2 ədəd tül pərdə və 4 ədəd ürək pərdə (üzlük), 2 ədəd kvadrat balınc, 6 ədəd uzunsov balınc, 1 ədəd mütəkkə, 2 ədəd sintefon yorğan, 1 ədəd iki nəfərlik çarpayı üçün yorğan, onun döşəyi və iki ədəd yorğan, 1 ədəd çarpayı üstü örtük, 1 ədəd tək döşək, 1 ədəd yun örtük, 1 ədəd ayaqaltı kilim 1 metrə, 18 ədəd əl-üz dəsmalı və 4 ədəd can dəsmalı, 1 paçqa stəkan dəsmal, 6 ədəd yorğan üzü (çexol) və 8 ədəd döşəkağı, 1 ədəd böyük xalça, 2 ədəd kiçik xalça və 2 ədəd kilim, 1 ədəd iki nəfərlik yataq, 1 ədəd sandıqca, 2 ədəd tumbuçka, 1 ədəd termo, 1 ədəd qardirob, 1 ədəd qorka, 1 ədəd lüstur, 1 ədəd stol və 1 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd meyvə qabı, 1 ədəd sadə güldan, 1 ədəd qrafinka və 6 ədəd bakal zərli bagema, 1 ədəd xrustal güldan, 6 ədəd xrustal bakallar, 6 ədəd çay stəkanı, 2 ədəd qənd qabı, 6 ədəd stəkan, 6 ədəd rumka, 1 yemək dəst (nahar servizi), 6 ədəd ağ, 2 ədəd sarı nəlbəki, 6 ədəd şüşə kasa, 1 ədəd ləpə qabı (şüşə), 1 ədəd böyük və 4 ədəd meyvə bıçağı, 2 ədəd meyvə çəyirdəyi çıxaran, 1 ədəd setka qaşıq, 18 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd çay qaşığı, 1 ədəd “Samsung” tozsoran, 1 ədəd paltaryuyan (6 kq), 1 ədəd televizor, 2 ədəd şüşə meyvə qabı, 3 ədəd sini, 1 ədəd tərəvəz taxtası, 3 ədəd qırmızı qazan dəsti, 3 ədəd nejaveyka qazan, 1 ədəd ət doğrayan (çapacaq), 6 ədəd dəmir boşqab, 6 ədəd salat qabı, 6 ədəd pendir qabı, 6 ədəd yemək boşqabı, 2 ədəd 20 lt şüşə qab, 1 ədəd şirəli ləyən, 2 ədəd şirəli vedrə, 2 ədəd dəmir vedrə, 1 ədəd ələk, 2 dəst paltar asmaq üçün sıxacaq (40 ədəd), 1 ədəd paltar şotkası, 1 ədəd plastmas vanna, 1 ədəd vedrə, 1 ədəd 60 lt aliminium qazan, 3 ədəd plastik su qabı, 1 ədəd toy çırağından ibarət cehiz əşyaları çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-612/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-612/2024
03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver