Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-626/2023 17.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləgində tutulması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qarşı “alimentin sabit pul məbləgində tutulması tələbinə” dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki başlanmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə məhkəmə baxışı iclası 17 iyul 2023-cü il tarixinə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, cavabdeh məhkəmə iclasına gəlmiş, iddiaçı isə mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, səbəbin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə iclasına gəlmiş cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə hakim iddia ərizəsini baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə qərara ldı: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləgində tutulması tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-626/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-626/2023
17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver