Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-670/2023 16.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləgində tutulması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə muraciət edərək xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun atası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq iki uşağın saxlanılması üçün 440 manat sabit pul məbləgində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirdi ki, yaranmış zərurtlə əlaqədar olaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirdi ki, mülki işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə tərəflərin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə verildiyindən cavabdeh isə etiraz etmədiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləgində tutulması tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-670/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-670/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver