Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-69/2025 05.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2021-ci il təvəllüdlü Cavabdeh və 11 yanvar 2023-cü il təvəllüdlü X1 üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. X6 mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 dekabr 2021-ci il təvəllüdlü Cavabdeh və 11 yanvar 2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Faktiki olaraq cavabdehlə ayrılmışdır. Uşaqlar onun himayəsindədir. Odur ki, onun himayəsində olan uşaqların saxlanması üçün alimentin müəyyən edilməsi həm hazırki, həm də gələcək inkişafı baxımından uşağın ən üstün mənafelərinə uyğundur. Qanunvericiliyin tələblərinə uyğun cavabdehdən uşaqların saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində aliment tutulmalıdır. Borclu "xxxx" MMC-də elektrik üzrə böyük texnik vəzifəsində işləyir. Stabil qazancı var. Odur ki, tələbinin təmin olunmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı: 4.İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun əvvəlki nikahından olan uşaqlarına da məhkəmə qətnaməsi ilə aliment tutulur. Lakin o, aliment ödəməkdən yayınmır və özü "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı vergilər və digər xərclər çıxıldıqdan sonra 2100 manat təşkil edir. Ona görə də, qanunvericiliyə əsasən hər iki ailəsi üçün qazancının yarısı miqdarında aliment tutulub hər iki tələbkar arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 6.Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək cavabdehin əvvəlki ailəsindən də iki övladının olduğunu bildirərək, ümumilikdə dörd övladının olduğunu və aliment miqdarının buna uyğun hesablanaraq, cavabdehin əmək haqqının ½ hissəsinin, yəni 50 faizinin tutulmasını xahiş etdi. 7.Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. 8.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 9.Məhkəmə cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10.“Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikahından iki uşaqları – xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. 11."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MK-450-252 nömrəli məktubdan görünür ki, borclu həmin cəmiyyətdə elektrik üzrə böyük texnik vəzifəsində işləyir, aylıq vəzifə maaşı 2.627,78 manat təşkil edir. 12.X10 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, X3 xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər arasında aliment tələbi ilə bağlı mübahisə həll edilə bilməmişdir, mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 13.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2531/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında aliment X2 xeyrinə tutulmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. İddiaçı ilə Cavabdeh arasındakı birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Hazırda uşaqlar iddiaçının yanında qalır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, lakin aliment tələbi ilə bağlı mübahisə həll edilə bilməmiş və mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı cavabdehdən uşağının saxlanılması üçün aliment tələb etmişdir. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2531/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında aliment X2 xeyrinə tutulmuşdur.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 16.Məhkəmə alimentin tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 17.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 18.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar..
19. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə -qazancın (başqa gəlirlərin) yarısı.
20. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
21. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Qeyd edilməlidir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər valideyn işləyirsə və sabit məbləğdə gəlirə malikdirsə, bu zaman aliment onun əmək haqqısına yönəldilməklə əmək haqqısının müəyyən hissəsindən tutulur. Aylıq qazancın müəyyən hissəsindən aliment tutulması, şəxsin qazancının dəqiq olduğu və həmin məbləğdən tutulacaq məbləğ uşağın mənafeyinə zidd olmayacağı təqdirdə mümkündür. 23.Göründüyü kimi, ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutmanın son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır. 24.Hazırki vəziyyətdə cavabdehin başqa nikahdan olan uşaqlarına aliment öhdəliyinin olmasını nəzərə alınmalıdır. Belə ki, eyni zamanda artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin digər uşaqları üçün gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulmuşdur. Fərqli nikahlardan olsa belə, cavabdehin himayəsində dörd azyaşlı övladı vardır və aliment də müəyyən edilərkən məhz bu hal nəzərə alınmalı, aliment məbləği qazancının yarısı miqdarında müəyyən edilərək, hazırki iddia üzrə cavabdehdən iki uşağa görə iddiaçının xeyrinə hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 hissəsi miqdarında müəyyənləşməlidir. 25.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. 26.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Qeyd olunan Məcəllənin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun dərəcəsinin 100 manat olmasını, kreditorun dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 100 manat məbləğində dövlət rüsumu borclu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. 31.Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir.
Nəticə hissəsi: 32.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 05 sentyabr 2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova