Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-733/2025 01.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun anası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq 1 uşağın saxlanılması üçün 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, o, Cavabdeh ilə 2008-ci ildə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan Elşən və Vəzir adlı iki uşaqları anadan olmuşdur. Elşən adlı uşaqları vəfat etmişdir. Hazırda Vəzir adlı uşaqları onun himayəsində yaşayır, onun bütün ehtiyaclarını o, qarşılayır. 2022-ci ildə Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ilə Vəzir adlı uşaq cavabdehdən alınaraq ona verilmişdir. Uşağın saxlanılmasında çətinlik çəkir və cavabdeh heç bir yardım etmir. Hazırda cavabdehlə bir evdə ayrı-ayrı otaqlarda yaşayırlar. Uşaq onun yanında qalır və onunla qidalanır. Rəsmi olaraq heç bir yerdə işləmir və günəmuzd fəhlə işləyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib ifadəsində göstərdi ki, o, iddiaçı ilə 2008-ci ildə ailə qurmuşdur. Birgə nikahdan Elşən və Vəzir adlı iki uşaqları anadan olmuşdur. İddiaçı ilə bir neçə dəfə ayrılıb barışmışlar. İddiaçı uşaqlarına baxmadığı üçün o, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və hər uşaq üçün 120 manat aliment təyin edilmişdir. Lakin iddiaçı aliment borcunu verməmiş, ona görə inzibati qaydada həbs edilmişdir. O, atasının evində olanda iddiaçı anası ilə ora gələrək sosial düzəltmək istədiklərini, bunun üçün uşaqları onlara vermələrini bildirmişlər. O da onlarla razılaşaraq uşaqların atasının himayəsinə verilməsinə razılıq vermiş və o özü də uşaqlardan ayrılmamaq üçün onların yanında qalmışdır. İddiaçı uşaqları anasının yanında qoyaraq Bakı şəhərinə getmiş, o, Bakı şəhərində olan zaman Elşən adlı uşaqlarını qatar vurmuşdur. Hal-hazırda da digər uşaqları Vəzir iddiaçının evində olsa da onunla qalır, uşağa o, baxır, onun yanında yatır, yeməyini bişirir və paltarını yuyur. Ona görə də qeyd etdiklərinin nəzərə alınıb iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş azyaşlı X5 bildirdi ki, onun atası və anası bir evdə ayrı ayrı otaqlarda yaşayırlar. O, axşamlar atası ilə bir yerdə qalır. Lakin anası ilə də qalır. Belə ki, onun ehtiyacları həm anası, həm də atası tərəfindən qarşılanır. Gündəlik olaraq həm atası, həm də anası ilə qidalanır. Həmçinin geyimləri də həm atası, həm də anası tərəfindən alınır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh ilə cavabdeh İddiaçı 2008-ci ildə qeyri-rəsmi qaydada ailə qurmuşlar. Tərəflərin birgə evliliklərindən xx.xx.2009-cu il tarixdə X6 və xx.xx.2010-cu il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-117/2022 saylı qətnaməsinə əsasən X4 ilə İddiaçı faktiki birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 X1 alınıb atası İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2009-cu il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə baş beynin diffuz travması səbəbi ilə vəfat etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-717/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, iki uşağa görə 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmiş, lakin icra məmurunun qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi Ağstafa Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, iddiaçı yetkinlik yaşına çatmayan X7 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, azyaşlı X7 adlı uşaq məhkəmə qətnaməsi ilə atasının himayəsinə verilsə də o, bir evdə ayrı-ayrı otaqlarda yaşayan həm atası, həm də anası ilə birlikdə qalır, həm atası həm də anası tərəfindən qidalanır, həmçinin onun xərcləri həm atası, həm də anası tərəfindən qarşılanır. Bu xüsusatları məhkəmə iclasında dindirilən azyaşlı X7 da öz ifadəsində bildirmişdir. Göründüyü kimi, Cavabdeh uşağını saxlamaqdan, onun ehtiyaclarını qarşılamaqdan yayınmamışdır. Məhkəmə hazırki halda cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab etmir. Qeyd olunduğu kimi, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-733/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-733/2025
01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver