Məhkəmə qərarları › İş №2(015)-871/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-871/2023

21.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-871/2023 21.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh* BOKT MMC-nin nümayəndəsi X* iştirakı ilə, İddiaçı Cavabdeh*nə, Cavabdeh* BOKT MMC-nə, maraqlı tərəf Maraqlı şəxs*nə və Bakı şəhər Maraqlı şəxs*nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *38660 saylı müqaviləyə əsasən ondan və digər borclulardan *30*,55 manat borcun tutulması barədə Ağstafa rayonu Notariat Ofisi tərəfindən *3 iyun *0*3-cü il tarixdə 8i-5**6 reyestr nömrəsi ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edib *38660 saylı müqaviləyə əsasən ondan və digər borclulardan *30*,55 manat borcun tutulması barədə Ağstafa rayonu Notariat Ofisi tərəfindən *3 iyun *0*3-cü il tarixdə 8i-5**6 reyestr nömrəsi ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi, həmçinin *00 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, icra qeydi düzgün tərtib olunmamış, bir başa icra qeydində müştərək qaydada olması göstərilməmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar həllinə heç bir təşşəbüs göstərilməmişdir. Cavabdeh* BOKT MMC ilə o, kredit müqaviləsi bağlamış, 4500 manat kredit götürmüş, borcdan bir qismini qaytarmış və *300 manat borcu qalmışdır. İcra qeydində isə həmin borcun müştərək qaydada deyil, hər birilərindən ayrı-ayrılıqda tutulması qeyd olunmuşdur. Həmin borc icra qeydində müştərək qaydada göstərilsə borcun ödənilməsinə heç bir etirazı yoxdur. Bundan başqa o, sonuncu dəfə iyul ayında e-manat terminal vasitəsi ilə *00 manat ödəniş etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* BOKT MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin *0*9-cu il *8 fevral fərmanına uyğun olaraq İddiaçı ilə nümayəndəsi olduğu cəmiyyət arasında bağlanılmış 3*.03.*0*5-ci il tarixli kredit müqaviləsi üzrə milli valyutada olan vaxtı keçmiş əsas kredit borcunun qalıq məbləğinin restrukturizasiya olunması məqsədi ilə İddiaçılə *5 iyul *0*9-cu il tarixdə güzəştli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı yeni kredit kimi rəsmiləşdirilən *67*,84 manat borcu illik * faiz olmaqla 5 il (* il güzəşt müddəti ilə) müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq X8, X7 və X5 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı bir müddət müqavilə üzrə götürdüyü borcdan ödəniş etsə də, sonradan qalıq *30*,55 manat borcu ödəməkdən yayınmışdır. Bu barədə ona rəsmi xəbərdarlıq məktubları göndərilsə də heç bir müsbət nəticə əldə edilmədiyindən icra qeydinin verilməsi üçün Ağstafa rayonu Notariat Ofisinə müraciət edilmiş və borcun İddiaçı və onun zaminlərindən tutulması barədə *3.06.*0*3-cü il tarixli icra qeydi verilmişdir. İş üzrə iddiaçı iddia ərizəsində icra qeydinin düzgün tərtib olunmamasını, ona pretenziya məktubunun göndərilməməsini, pulun müştərək qaydada tutulmasının göstərilməməsini və əsas, faiz və cərimə borcunun göstərilməməsini bildirmişdir. İş üzrə icra qeydindən əvvəl borcluya pretenziya məktubu göndərilmişdir. Bundan başqa icra qeydində yalnız əsas borc tələb edildiyindən faiz və cərimə borcu göstərilməmiş, yalnız *5 manat dövlət rüsumu göstərilmişdir. Bundan başqa onlara yalnız *3*6,55 manat pulun ödənilməsi lazımdır və həmin borcun borclu və ya zaminlərdən tutulması maraqlı deyil. Həmin borc ödənildikdən sonra tutulmanın dayandırılması barədə tərəflərindən notariat ofisinə məlumat veriləcəkdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı, maraqlı tərəf Maraqlı şəxs*nə və Bakı şəhər Maraqlı şəxs*nə rəsmi məlumat verilməsinə baxmayarq məhkəmə iclasına gəlməmişlər. İş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” *0*9-cu il *8 fevral fərmanına uyğun olaraq İddiaçı ilə Cavabdeh* BOKT MMC arasında bağlanılmış 3*.03.*0*5-ci il tarixli, CAAGS**7867/*5 saylı kredit müqaviləsi üzrə milli valyutada olan vaxtı keçmiş əsas kredit borcunun qalıq məbləğinin restrukturizasiya olunması məqsədi ilə İddiaçılə *5 iyul *0*9-cu il tarixdə güzəştli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı yeni kredit kimi rəsmişləşdirilən *67*,84 manat borcu illik * faiz olmaqla 5 il (* il güzəşt müddəti ilə) müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq X8, X7 və X5 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı bir müddət müqavilə üzrə götürdüyü borcdan ödəniş etsə də, sonradan qalıq *30*,55 manat borcu ödəməkdən yayınmışdır. Bu barədə ona rəsmi xəbərdarlıq məktubları göndərilsə də heç bir müsbət nəticə əldə edilmədiyindən icra qeydinin verilməsi üçün Ağstafa rayonu Notariat Ofisinə müraciət edilmiş və borcun İddiaçı və onun zaminlərindən tutulması barədə *3.06.*0*3-cü il tarixli icra qeydi verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə iddiaçı iddia ərizəsində icra qeydinin düzgün tərtib olunmamasını, ona pretenziya məktubunun göndərilməməsini, pulun müştərək qaydada tutulmasının göstərilməməsini, tutulacaq borcun əsas, faiz və ya cərimə olmasının göstərilməməsini, həmçinin onun tərəfindən iyun ayında borcdan *00 manat ödəniş edilməsinə baxmayaraq borcdan çıxılmamasını bildirmişdir. Məhkəmə icra qeydinin düzgün tərtib olunmaması və icra qeydi tərtib olunmamışdan əvvəl iddiaçıya pretenziya məktubunun göndərilməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəməyə Cavabdeh* BOKT MMC tərəfindən təqdim olunmuş bildirişlərdən və onların çatdırılmasını əks etdirən poçt xəbərnamələrindən görünür ki, icra qeydi tərtib olunmamışdan əvvəl İddiaçı, X6, X3 və X* Cavabdeh* BOKT MMC tərəfindən *349,89 manat əsas borcun və *0,68 manat faiz borcunun *0 gün müddətinə ödənilməsi barədə bildiriş məktubu göndərilmişdir. Həmin bildirişdən qeyd olunan tarixədək borcun ödənilməsi təmin edilmədiyi təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydinin verilməsi üçün müraciət ediləcəyi bildirilmişdir. İddiaçı və Şakir Nəbiyevə göndərilmiş bildirişləri onların ailə üzvü olan Məleykə Nəbiyeva onlara təqdim etmək üçün 03.06.*0*3-cü il tarixdə qəbul etmişdir. Aygül Nəbiyevaya və Elvin Əliyevə göndərilmiş həmin bildirişlər də eyni tarixdə qəbul edilmişdir. Bundan başqa məhkəmə iddiaçının icra qeydində pulun müştərək qaydada tutulmasının, tutulacaq borcun əsas, faiz və ya cərimə olmasının göstərilməməsini, həmçinin onun tərəfindən iyun ayında borcdan *00 manat ödəniş edilməsinə baxmayaraq borcdan çıxılmamasını qeyd etməsinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh* BOKT MMC-nin nümayəndəsi X4 ifadəsində iddiaçının və onun zaminlərinin icra qeydi üzrə faiz və cərimə borcunun olmamasını, yalnız *30*,55 manat əsas, *5 manat dövlət rüsumu olmaqla cəmi *3*6,55 manat əsas borcun olmasını, həmin borcun borclu və ya zaminlərdən tutulmasında maraqlı olmamalarını, həmçinin borc ödənildikdən sonra tutulmanın dayandırılması barədə tərəflərindən notariat ofisinə məlumat verilməsini bildirmişdir. Məhkəmə həmçinin iddiaçı tərəfindən iyun ayında borcdan *00 manat ödəniş edilməsinə baxmayaraq borcdan çıxalmamasını qeyd etməsinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin borc iddiaçının müqavilə üzrə olan borcu olmaqla təyinatı üzrə ödənilmişdir. Qeyd edilən borc isə icra mərhələsində iddiaçının borcundan çıxalacaqdır. Məhkəmə iddia tələbi üzrə tətbiq olunmalı maddi hüquq normalarına aid hissədə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı *0 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77-ci maddəsinə icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: *) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; *) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın *6*-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5*9.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə * (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı *0 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın *6*-ci maddəsinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: *) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; *) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi, mübahisələndirilən icra qeydi verilən zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-77 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin *000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın *6*-*6*-ci maddələrinin tələbləri pozulmamış, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq əsas öhdəliklər üzrə icra müddətinin bitməsindən üç illik iddia müddəti keçməmiş, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı *0 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən etdiyi formada bildiriş göndərmişdir. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh*nə, Cavabdeh* BOKT MMC-nə, maraqlı tərəf Maraqlı şəxs*nə və Bakı şəhər Maraqlı şəxs*nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın **6-**0-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh*nə, Cavabdeh* BOKT MMC-nə, maraqlı tərəf Maraqlı şəxs*nə və Bakı şəhər Maraqlı şəxs*nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar