Məhkəmə qərarları › İş №2(015)-882/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-882/2025

09.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-882/2025 09.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Pınar, xx.xx.2010-cu il təvəllüdlü Nəzrin və xx.xx.2012-ci il təvəllüdlü Fatimə adlı uşaqlarının saxlanılması üçün cavabdeh X2 tutulan alimentin ödəmə üsulunun dəyişdirilərək sabit pul məbləğində, hər uşaq üçün hər ay 2025-ci ilin yaşayış minimumuna uyğun olaraq 246 manat, ümumilikdə 738 manat məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2007-ci il tarixdə ailə qurmuş, nikahlarını xx.xx.2010-cu ildə rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2008ci il təvəllüdlü Pınar, xx.xx.2010-cu il təvəllüdlü Nəzrin və xx.xx.2012-ci il təvəllüdlü Fatimə adlı 3 qız uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə 3 uşağın saxlanılması üçün ona ödənilməsi üçün cavabdehin qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsində aliment təyin edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Pınar, xx.xx.2010-cu il təvəllüdlü Nəzrin və xx.xx.2012-ci il təvəllüdlü Fatimə adlı uşaqlarının saxlanılması üçün cavabdeh X2 tutulan alimentin ödəmə üsulunun dəyişdirilərək sabit pul məbləğində, hər uşaq üçün hər ay 2025-ci ilin yaşayış minimumuna uyğun olaraq 246 manat ümumilikdə 738 manat aliment cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə verərək iddia ərizəsində Cavabdeh adını səhvən iddia ərizəsində X1 qeyd edilmişdir. Odur ki, cavabdehin adının Cavabdeh kimi oxunmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

4. Məhkəmə hazırlıq iclasında İddiaçı tələbini müdafiə edərək bildirdi ki, uşaqlar artıq böyüdüyü üçün xərcləri də artmış, onların saxlanılmasında çətinlik çəkir. Göstərilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

7. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsində alimentin İddiaçı ödənilməsi qət edilmişdir.

9. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-33/2024 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-ci il tarixdə bağlanmış, Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli, 276 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur.

10. Tərəflərin nikahından doğulmuş uşaqlar - xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 nikahın pozulmasından sonra anaları İddiaçı yanında qalması qət edilmişdir.

11. Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı üç uşaqları var.

12. Azərbaycan Respublikası Ağstafa rayon Hakimiyyəti başçısının Həsənsu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 192/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. İddiaçı Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı üç uşaqları dünyaya gəlmişdir. Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə Cavabdeh 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsində aliment İddiaçı xeyrinə tutulmuşdur. Lakin cavabdeh uşaqlarına maddi və mənəvi dəstək göstərmir, onların ehtiyaclarının qarşılanmasında iştirak etmir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin ödəmə üsulunun dəyişdirilməsi barədə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. Hazırkı mübahisə üzrə iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödəmə üsulunun dəyişdirilərək, əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına, cavabdehin aldığı təqaüddən başqa, digər gəlirlərinin də olduğunu, lakin uşaqların saxlanılmasına köməklik etmədiyini bildirərək, alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Lakin iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması, ərizəsində qeyd etdiyi faktlar və cavabdehin əlavə gəlirlərinin olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

18. Lakin qanunverici, prinsip etibarı ilə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

19. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

20. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir

21. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə cavabdehdən tutulan hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında manat aliment məbləği yaşayış minimumundan da aşağıdır.

22. Ona görə də məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment ödəmə üsulu dəyişdirilərək cavabdeh X2 hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,400 misli həddində olmaqla, ümumilikdə 1,2 misli həddində aliment tutulub İddiaçı verilməlidir.

23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.

28. “X12 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

29. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 5760 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 77,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.

Nəticə hissəsi: 30.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək, İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,400 misli həddində olmaqla, ümumilikdə 1,2 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 77,6 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar