Məhkəmə qərarları › İş №2(015)-910/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-910/2023

28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-910/2023 28.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (anası) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi, həmçinin Cavabdeh İddiaçı qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, 21 avqust 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun atası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq 1 uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat olmaqla, sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası İddiaçı 220 (iki yüz iyirmi) manat olmaqla, sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edib göstərdi ki, o, Cavabdeh ilə 2020-ci ildə ailə qurmuş, rəsmi nikahları olmamışdır. Həmin nikahdan onların xx.xx.2022-ci il tarixdə Yağmur və xx.xx.2021-ci il tarixdə Məqsudə adlı iki qız uşaqları olmuşdur. Hal-hazırda Məqsudə cavabdehin valideynlərinin yanında, kiçik qızları Yağmur isə onun yanındadır. Cavabdeh ilə münasibətləri pozulmuş və hazırda Ağstafa rayonunun Dağ Kəsəmən kəndində valideynlərinin yanında yaşayır. Aliment ilə bağlı mediasiya orqanına müraciət etmiş, lakin heç bir razılıq əldə edilməmişdir.Hazırda heç bir yerdə işləmir. Uşağın və özününün artan tələbatını təkbaşına təmin edə bilmir. Ona görə də qeyd olunanları nəzərə alıb iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi (anası) X6 qarşılıqlı iddia tələbini müdafiə edib, ilk iddianı qəbul etməyib göstərdi ki, Cavabdeh onun oğludur. Oğlu Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayır. Hal hazırda Şəmkirdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Oğlu 2 aydır Şəmkir rayonunda yol tikintisində fəhləlik etməklə gündəlik 15 manat qazanc əldə edir. Oğlunun böyük övladı Məqsudə onların yanındadır. Ona görə də qeyd etdiklərini nəzərə alıb qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə 2020-ci ildə ailə qurmuş, rəsmi nikahları olmamışdır. Həmin nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Hal-hazırda Məqsudə Cavabdeh valideynlərinin yanında, kiçik qızları Yağmur isə İddiaçı yanındadır. Tərəflərin münasibətləri pozulmuş və hal-hazırda ayrı yaşayırlar. Tərəflər məhkəməyə müraciət etməmişdəm əvvəl mediasiya orqanında olmuş, lakin heç bir razılıq əldə edilməmişdir. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İlk iddia üzrə iddiaçı aliment tutulması üçün xx.xx.2023-cü il tarixində, qarşılıqlı iddia üzrə iddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə cavabdehdən həmin tarixlərdən başlayaraq aliment tutulmalıdır. Məhkəmə ilk və qarşılıqlı iddia üzrə cavabdehdən tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının iş yeri olmadığı üçün, cavabdehin isə iş yeri olduğu üçün aliment fərqli məbləğlərdə tutulmalıdır. İlk iddia üzrə Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub ilk iddia üzrə İddiaçı verilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X5 adlı adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulub qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X11 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki ilk iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 1800 manat olmasını, ilk iddia üzrə iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 38 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən, qarşılıqlı iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 1440 manat olmasını, qarşılıqlı iddia üzrə iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 34,40 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlk və qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulub ilkin iddia üzrə İddiaçı verilsin. İlk iddia üzrə Cavabdeh 38 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulub qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 34,40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar