Məhkəmə qərarları › İş №2(016)-1044/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1044/2024

02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1044/2024 02.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 sentyabr 2020-ci il təvəllüdlü X10 və 06 iyun 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu Cavabdeh hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15 may 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nigahlarından 23 sentyabr 2020-ci il təvəllüdlü X10 və 06 iyun 2022-ci il təvəllüdlü X12 anadan olmuşdur. Hal-hazırda uşaqlar sağlam olmaqla himayəsində yaşayırlar. Borclu Cavabdehla aralarında olan narazılığa görə artıq iki aydan çoxdur ki, ayrı yaşayırlar. Həmin vaxtdan hal-hazıradək Cavabdeh valideyinlik borcunu yerinə yetirməyib uşaqlara hər hansı bir yardım göstərməmişdir. Heç bir yerdə işləmədiyindən uşaqların saxlanması üçün maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh “Azneft” İB-nin Dalğıc Xidmətində matros peşəsində işləyir və orta aylıq əmək haqqı 2100.44 manat təşkil edir. Odur ki, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh 24 sentyabr 2024-cü il tarixdə iştirak etdiyi məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-1783/2017 saylı qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Maraqlı şəxs xeyrinə iki uşağının saxlanılması üçün qazancının üçdə bir hissəsi miqdarında aliment tutulur. Hazırki iddianı qismən qəbul edir və uşaqlarına aliment ödəməyə razıdır. Lakin qeyd etdiyi kimi əvvəlki evliliyindən olan uşaqlarına qazancından aliment tutulduğundan hazırki qəbul ediləcək qətnamə üzrə tutulan alimentin qazancınını əlli faizindən artıq olmamasını və işi ilə bağlı olaraq bundan sonrakı məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs qismində məhkəməyə dəvət edilən X9 məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə qarşılaşmamaq üçün prosesdə iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. 27 sentyabr 2024-cü il tarixdə X9 tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd etmişdir ki, X8 ilə Ağsu rayon Qeydiyyat şöbəsində 14 noyabr 2000-ci ildə, 518 sayla qeydə alınmış nikahları əks tərəfin qaldırdığı iddia əsasında Ağsu rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(016)-80/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin məhkəmənin 24 noyabr 2017-ci il tarixli, 2(016)-1783/2017 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş iki azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmasına görə X3 xeyrinə sabit pul məbləği ilə hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat aliment tutulması qət edilmişdir. Ondan ayrılandan sonra Cavabdeh İddiaçı ilə ailə qurmuş və ondan iki uşaqları olmuşdur. Cavabdeh ona aliment təyin edilən vaxtı daimi olaraq hazırkı işində işləməklə yüksək məbləğdə əmək haqqı almasına baxmayaraq məhkəmə iki uşağa görə əmək haqqının 1/3 hissəsini tutmaq əvəzinə hər uşağa görə 100 manat sabit pul şəklində aliment ödənişi təyin etmişdir. Onun aylıq əmək haqqı məbləği barədə iş yerinə sorğu göndərərək aldığı arayışla aylıq əmək haqqının 2088 manat olması haqqında rəsmi sənəd alıb aliment ödənişinin 1/3 hissədə xeyrinə tutulması üçün Ağsu rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2024 saylı qətnaməsi ilə tələbi təmin edilmişdir. Cavabdeh alimentin miqdarının azaldıiması barədə həmin qətnamədən verdiyi apellyasiya şikayətini Şəki Apellyasiya məhkəməsinin mülki kollegiyası 2(107)- 641/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnamə ilə təmin etməmişdir. Cavabdeh onun və uşaqlardan birinin xəstəliyə tutulmasına baxmayaraq hər vasitə ilə alimentin miqdarını azaltmağa çalışaraq ondan olan uşaqlarına ögey münasibət bəslədiyi halda ikinci arvadddan olan uşaqlarına çox yaxşı baxır. İş üzrə cavabdeh ikinci arvad olan İddiaçı və ondan olan iki uşaqları ilə özünün ata evində valideynləri ilə birgə yaşayır və atası da yüksək pensiya alır. İndi İddiaçı öz ərinə qarşı iki uşağının yanında saxlanmasına qarşı Cavabdeh aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırması tamamailə saxta tələbdir. Bunu onun ikinci dərəcəli qohumlarından soruşduqda hamısı onların tam mehriban yaşamalarını, ondan olan uşaqlarına çox yaxşı baxmasını və bu işə görə təəcübləndiyini bildirmişlər. Əlavə onu göstərmişdir ki, İddiaçı verdiyi iddia tələbinin saxtalığı bir də onunla təsdiq edilir ki, o, rayonun başqa, uzaq kəndindən olduğu halda cavabdeh tərəfindən onun kimi evlərindən çıxarılmamış, uşaqlarını götürüb öz ata evinə birdəfəlik getməmişdir. Tələbin saxtalığın sübut edən hallardan biri də yəqin ki, mediasiya arayışında, nikahın pozulması, cehizlik əşyalarının aparılması tələbinin qoyulmamasıdır. Adətən kənd yerində yaşayıb aliment tələb edən şəxs cavabdehlə bir evdə yaşaması mümkün olan məsələ deyil. İddiaçı tərəfindən aliment tələbi qoyulması yalnız sonda ona verilən alimentin miqdarının azaldılması məqsədini güdür. Göstərdiklərini nəzərə alıb onun mənafeyinə zərər gətirməyən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 arasında nikah 15 may 2019-cu il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində 124 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Cəlilov” və arvada “Cəlilova” soyadı verilmişdir. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə Ağsu şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci ildə Ağsu şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. - “Azneft” İB Dalğıc Xidməti tərəfindən verilən sorğuya cavabdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən “Azneft” İB Dalğıc Xidmətinin 2 nömrəli sahəsində 5-ci dərəcəli xilas edən matros peşəsində çalışır və orta aylıq əmək haqqısı 2100,44 manat təşkil edir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə Cavabdeh Maraqlı şəxs xeyrinə tutulan aliment dəyişdirilmiş, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Maraqlı şəxs ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 76.1.3-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ağsu Rayon Məhkəməsinin 2(016)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Hazırki halda X10 və X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 2 uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin tutulması AM-nin 76.1.2-ci maddəsinin tələbinə ziddir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin X4 və X11 adlı iki uşağının saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi ilə cavabdehdən aliment tutulduğundan, hazırki iş üzrə X10 və X2 üçün cavabdehdən tutula biləcək aliment miqdarı cavabdehin gəlirinin yarısının, yarısı, yəni 1/2 hissəsinin 1/2 hissəsini, başqa sözlə gəlirinin 1/4 hissəsini təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən X4 və X1 üçün gəlirinin üçdə bir hissəsi və X10 və X2 üçün gəlirinin 1/4 hissəsi tutulduğu halda, nəticədə cavabdehin gəlirindən tutulan son məbləğ cavabdehin gəlirinin 1/2 hissəsindən artıq olduğu halda, həmin məsələ cavabdehdən X4 və X1 üçün tutularaq Maraqlı şəxs verilən alimentin azaldılması barədə məhkəmədə iddia qaldırılması vasitəsilə həll edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 23 iyul 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 23 sentyabr 2020-ci il təvəllüdlü X6 və 06 iyun 2022-ci il təvəllüdlü X7 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün 23 iyul 2024cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimеntin tutulmаsına dair qətnаmə dərhаl icrа еdilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in: 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehin orta aylıq əmək haqqısı 2100 manat olduğundan və ondan tutulan alimentin məbləği aylıq əmək haqqının 1/4 hissəsi, yəni 525 manat olduğundan iddianın qiyməti 6300 manat ilə müəyyən edilir. Belə olduğu təqdirdə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 83 manatdır. İş materiallarından görünür ki, iddiaçı mediasiyaya müraciət etmək üçün 60 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiyaya çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya verilməli və ödənilməli olan 23 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-235, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 sentyabr 2020-ci il təvəllüdlü X6 və 06 iyun 2022-ci il təvəllüdlü X7 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün 23 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnаmə dərhаl icrа еdilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, ödənilmiş 60 manat məbləğində mediasiyaya çəkilən xərc Cavabdeh tutularaq İddiaçı verilsin, ödənilməli olan 23 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar