Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-116/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X31 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X28 oğlunun katibliyi, cavabdeh X8 iştirakı ilə, İddiaçı X6 cavabdeh X12 qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdeh X12 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, birgə yaşayışlarından xx.xx.2006-cı ildə doğulmuş X15, xx.xx.2009-cu ildə doğulmuş X13 və xx.xx.2016-cı ildə doğulmuş X9 yetkinlik yaşına qədər yanında saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 210 manat, hər ay cəmi 630 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X18 ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Münasibətlərindən üç övladları – xx.xx.2006cı il təvəllüdlü X22, xx.xx.2009-cu ildə doğulmuş X20 və xx.xx.2016-cı ildə doğulmuş X19 anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-409/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsinə əsasən aralarında 15 noyabr 2005-ci il tarixdə Ağsu rayon Kalva kənd İcra Nümayəndəliyində 37 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Bu qətnaməyə əsasən üç övladları xx.xx.2006-cı ildə doğulmuş X22, xx.xx.2009-cu ildə doğulmuş X20 və xx.xx.2016-cı ildə doğulmuş X19 onun himayəsində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə proseslərinin üst-üstə düşməsi səbəbi ilə təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəyini, bu halın üzrlü səbəb kimi qəbul edilməsini, işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək göstərmişdir ki, iddia tələbləri ilə razı deyil. Bununla bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, lakin qarşılıqlı iddia verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyünə görə geri qaytarılmışdır. İddia tələbini qəbul etmir, əgər qarşı tərəf uşaqlara baxa bilmirsə özü baxmağa hazırdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Ağsu rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(016)-409/2022 saylı qətnaməsini surətindən görünr ki, X18 ilə X14 arasında 15 noyabr 2005-ci il tarixli Ağsu rayon Kalva kənd İcra nümayəndəliyində 37 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. - Ağsu rayon Kalva kənd İcra nümayəndəliyi tərəfindən 12 yanvar 2007-ci il tarixdə verilmiş AZ-İ № 868130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2006-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 12 yanvar 2007-ci il tarixdə 09 № ilə qeyd edilmişdir. X5, anası X10r. - Ağsu rayon Kalva kənd İcra nümayəndəliyi tərəfindən 09 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ № 255635 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 09 noyabr 2009-cu il tarixdə 20 № ilə qeyd edilmişdir. X5, anası X10r. - Ağsu rayon qeydiyyat Şöbəsi tərəfindən 29 mart 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 865372 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikası Abşeron rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 29 mart 2017-ci il tarixdə 239 № ilə qeyd edilmişdir. X5, anası X10r. - X17 X23 Arayışdan görünür ki, X1 iştrak etməmişdir. X14 X17 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyada dair xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X14 ilə cavabdeh X18 xx.xx.2005-ci il tarixdə ailə qurmuşdular. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X22, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2016-cı il təvəllüdlü X19 anadan olmuşdur. Ağsu rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(016)-409/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaqlar analarının yanında saxlanılmışdır. Hazırda cavabdeh uşaqlara baxmadığından və uşaqlar iddiaçının yanında olduğundan onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə görə 210 manat, cəmi 630 manat məbləğində sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 630 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edilənləri, həm 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, hər uşaq üçün hər ay 210 manat olmaqla, cəmi 630 manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və hər uşaq üçün hər ay 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 05 dekabr 2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı ildə doğulmuş X15, xx.xx.2009-cu ildə doğulmuş X13 və xx.xx.2016-cı ildə doğulmuş X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün X7 05 dekabr 2022-ci il tarixdən hər uşaq üçün hər ay 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq X11 verilməli, alimеntin tutulmаsı ilə bağlı qətnаmə dərhаl icrа еdilməli, məhkəmə xərcləri cavabdeh X12 aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ondan alınmalı, həmin məbləğin 50 (əlli) manatı iddiaçı X11 verilməli, 16,80 (on altı manat səksən qəpik) manatı dövlət büdcəsinə keçirilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı ildə doğulmuş X15, xx.xx.2009-cu ildə doğulmuş X13 və xx.xx.2016-cı ildə doğulmuş X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün X4 05 dekabr 2022-ci il tarixdən hər uşaq üçün hər ay 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq X11 verilsin. Аlimеntin tutulmаsına dair qətnаmə dərhаl icrа еdilsin. Məhkəmə xərcləri cavabdeh X12 aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ondan alınsın, həmin məbləğin 50 (əlli) manatı iddiaçı X11 verilsin, 16,80 (on altı manat səksən qəpik) manatı dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(016)-116/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-116/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver