Məhkəmə qərarları › İş №2(016)-1301/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1301/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1301/2024 18.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan iki uşağın onun himayəsində saxlanılması və Cavabdeh ilə birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 235 manat olmaqla, iki uşağa görə ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 dünyaya gəlmişdirlər. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. İkinci övladları dünyaya gəldikdən sonra cavabdeh ailəyə qarşı soyuq, laqeyd münasibət gstərməyə başlamışdır. Belə ki, cavabdeh 5 aydır ki, işləmək adı ilə onları ataraq Bakı şəhərinə getmiş, bu müddət ərzində ailəsi ilə maraqlanmamış, uşaqlarına heç bir maddi yardım etməmişdir. Uşaqlar hazırda onun himayəsindədir və onların təlim-tərbiyəsi ilə o məşğul olur. Uşağın biri nevroloji xəstədir, davamlı müalicəyə ehtiyacı vardır. Özü heç bir yerdə işləmir, uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh onlarla maraqlanmır, ona heç bir köməklik göstərmir. Hesab edir ki, cavabdeh öz övladları ilə maraqlanmalı və onların yetkinlik yaşına çatanadək bir uşağa görə hər ay 235 manat olmaqla, cəmi 470 manat aliment ödəməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, AZ-İV № 909997 serialı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü ildə Ağsu şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İV № 624162 serialı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə Ağsu şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, AZ-İ № 430745 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 21 mart 2024-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İ № 389428 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 80 nömrə ilə qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdehin hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul şəklində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul şəklində aliment tutularaq İddiaçı verilməli, alimеntin tutulmаsına dair qətnаmə dərhаl icrа еdilməli, məhkəmə xərcləri Cavabdeh aid edilməli, ödənilmiş 60 manat məbləğində mediasiyaya çəkilən xərc Cavabdeh tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-235, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul şəklində aliment tutularaq İddiaçı verilsin. Аlimеntin tutulmаsı qətnаmə dərhаl icrа еdilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, ödənilmiş 60 manat məbləğində mediasiyaya çəkilən xərc Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar