Məhkəmə qərarları › İş №2(016)-1314/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1314/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1314/2025 03.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xeyrinə ödənilən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 176 manat sabit pul məbləğində alimentin azaldılaraq əvvəlki qətnamədə qət edilmiş 70 manat sabit pul məbləğində alimentin saxlanılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə birgə nikah dövründə bir müddət mehriban yaşamaqlarına baxmayaraq, sonradan aralarında mübahisələr yaranmış, həmin səbəbdən də nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin 20 noyabr 2020-cu il tarixli, 2(016)-920/2020 saylı qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(016)-209/2010 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 110 manat məbləğində sabit pul şəklində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan başqa, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(016)-213/2025 saylı qərardadına əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi haqqında qərardad çıxarılmışdır. Onun ikinci ailəsi var, özü heç bir yerdə işləmir. Birgə nikahdan 2 övladları - xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən aliment və uşaqlarının olmasını nəzərə almalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, şəxsin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Bundan başqa, məhkəmə ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki,onun 16 yaşında oğlu var. 110 manat aliment oğlunun ehtiyaclarını qarşılamır. Hər ay 300 manat onun təhsil haqqına ödəyir. Krediti var, özü də 450 manat əməkhaqqı alır. Maddi vəziyyəti çox pisdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-920/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(016)-209/2010 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 110 manat məbləğində sabit pul şəklində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-213/2025 saylı qərardadından görünür ki, tələbkar Cavabdeh “alimentin indeksasiya olunmasına dair” ərizəsi təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,44 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. - AZ-İ seriyalı 772934 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X5 arasındakı nikah xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş, İddiaçı “Məmmədov”, X2 “Məmmədova” soyadı verilmişdir. - AZE seriyalı 11836666 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. - AZE seriyalı 11836667 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər pozulduqdan sonra İddiaçı yenidən nikaha daxil olmuş, hazırda həmin nikahdan da iki uşağı doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının yenidən ailə quraraq həmin nikahdan iki övladının doğulması onun cavabdehlə birgə nikahlarından olan uşağının saxlanması üçün maddi yardım göstərmək vəziyyətindən azad etmir. Əksinə, ailə qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Bəyannamənin 2 saylı prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən, uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar