Məhkəmə qərarları › İş №2(016)-1368/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-1368/2025

21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-1368/2025 21.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması”tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçının onun oğlu olduğunu, 2022-ci ildən etibarən birinci evliliyindən dünyaya gəlmiş azyaşlı övladı üçün hər ay vaxtlı-vaxtında 170 manat aliment ödədiyini, həmin aliment hər ay onun maaşından tutulduğunu, lakin hazırda işləmədiyini, ikinci evliliyindən 10 aylıq övladının olmasını nəzərə alaraq alimentin azaldılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə müraciət etmək üçün mediasiyaya müraciət etməmişdir. Məhkəmə mülki işin baxılmamış saxlanılması üçün tərəflərin fikrini soruşur. Etiraz daxil olmadı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını, araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında ” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə məhkəmə edilmiş müraciət baxılmamış saxlanılır. 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29-cu maddəsinə əsasən, tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir (29.6). Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir (29.7). Göründüyü kimi, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl, tərəflər ilkin mediasiya sessiyasında iştirak etməli və işin nəticəsindən asılı olaraq müvafiq arayış və ya protokol iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli idi. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar