Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-185/2025 11.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdi üçün iddia ərizəsini, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə hesab edir ki, məhkəmə hazırlıq iclası tərəflərin iştirakları olmadan keçirilsin. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən mövcud ərizə əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 22552 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 22552 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-185/2025
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-185/2025
11.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver